"Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır."
Heydər Əliyev
İNCƏSƏNƏT GİMNAZİYASININ ibtidai sinif müəllimi ƏZİMZADƏ YAQUTUN metodik bloqu
▼
Страницы
▼
Страницы
▼
BİZİM GİMNAZİYA
Tarixi
Musiqi məktəbi 1959-cu
ildə yaradılmışdır. Yarandığı zaman (60-cı illərdə) 8 №-li musiqi
təmayüllü internat məktəbi kimi tanınırdı. Sovet hakimiyyəti dövründə Azərbaycan SSR-nın
müxtəlif yerlərindən gələn istedadlı uşaqlar burada həm təhsil alır,
həm də yaşayırdılar. Musiqi təmayüllü internat məktəbinə uzun illər
bəstəkar Oqtay Rəcəbov başçılıq edib. Sonralar 1990-cı ildə o, məktəbi iki illiyə tərk edib. 1991-ci ildən O.Rəcəbov Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyevlə birlikdə internat məktəbinin İncəsənət Gimnaziyasına çevrilməsi ideyası üzərində çalışıb. 1992-ci ildə Təhsil Nazirliyinin sərəncamı ilə məktəbə gimnaziya statusu verilib və O.Rəcəbov bura direktor təyin edilib. O.Rəcəbov
gimnaziyayanın ən uzunmüddətli direktoru olub. Gimnaziyada musiqi
ixtisaslarının artırılması, incəsənətlə bağlı müxtəlif peşələrin tədrisi
üçün uzun illər çalışıb. O.Rəcəbov gimnaziyanın direktoru vəzifəsində 2001-ci ilə qədər işləyib. Elə həmin ilin avqustunda prezident Heydər Əliyevin imzaladığı 10 avqust 2001 ci il tarixli "Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında"
sərəncama əsasən İncəsənət Gimnaziyası yeni yaradılmış Milli
Konservatoriyanın baza məktəbi hesab edilib və onun tabeçiliyinə
verilib.
O.Rəcəbovdan sonra gimnaziyanın rəhbərliyi tez-tez dəyişib. 2002-ci ilin oktabrında Yusif Məmmədov,
bir il sonra Firəngiz Qayıbova gimnaziyanın direktoru olub. 2004-ün
yeni tədris ilində isə Nazim Quliyev direktor təyin edilib. Nəhayət,
2007-ci ilin başlanğıcında - yanvarın 6-da yeni direktor, musiqi
təmayüllü internat məktəbi adlandığı vaxt bu müəssisəyə rəhbərlik etmiş
Mahizər Şabanbəyova gimnaziyanın kollektivinə təqdim olunub. Adi
məktəblərdə olduğu kimi İncəsənət Gimnaziyasında da şagirdlər orta
təhsilə yiyələnir, lakin attestatla yanaşı onlara konkret ixtisas üzrə
təhsil almaları haqda sənəd də verilir. Daha sonra isə uzun illər boyu Gimnaziyada musiqi bölməsi üzrə direktor müavini işləyən Aqui Zəhra xanım bu gimnaziyanın direktoru təyin edilmişdir. Hal -hazırda Gimnaziyaya Aytən xanım Əhmədova rəhbərlik edir. Gimnaziyaya yeni rəhbər təyin olunan gündən Aytən xanım var gücü ilə Gimnaziyayanın əvvəlki şöhrətini özünə qaytarmağı və bu musiqi təhsil ocağını dünyaya tanıtdırmağı qarşısına bir məqsəd kimi qoymuşdur. Həqiqətən də, qısa müddət ərzində Aytən xanım Gimnaziyanın müəllim və valideyn kollektivinin böyük rəğbətini qazanmış, həmçinin, Gimnaziyanın yetirmələrinin dünya arenasına çıxmasında çox böyük əmək sərf etmişdir. Məhz, bunun nəticəsidir ki, Gimnaziyamızın yetirmələrinin xoş sorağı Fransadan, Türkiyədən, Yaponiyadan, İtaliyadan və dünyanın bir sıra qabaqcıl dövlətlərində keçirilən mötəbər tədbirlərdən gəlir. Bütün bunlara görə biz Aytən xanıma təşəkkür edirik.
Комментариев нет:
Отправить комментарий