"Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır."
Heydər Əliyev
İNCƏSƏNƏT GİMNAZİYASININ ibtidai sinif müəllimi ƏZİMZADƏ YAQUTUN metodik bloqu
▼
Страницы
▼
Страницы
▼
понедельник, 30 марта 2015 г.
31 Mart Azərbaycanlıların Soyqırımı günüdür
1813 və
1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan
xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoyub. Azərbaycan
xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlanıb.
Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan
torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirilib. Soyqırım Azərbaycan
torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrilib.
1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20
minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın
öldürülməsi ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik
etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman
ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə
edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi
aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən
olan “İsmailiyyə” binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə
məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində
8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər.
Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən
artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə
kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il
iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat
Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim
edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların
Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il d kimi dövlət səviyyəsində qeyd
edilir.
Комментариев нет:
Отправить комментарий