İlk Qadınlar
Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika
Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin
1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.
1909-cu
ildə isə Avropadaki qadınlar, fevral ayının son bazar
gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.

1998-ci
ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Azərbaycan həm də Avropa Şurasının
qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin
qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci
ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin
bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya
qoşulub. Bayramınız
mübarək