суббота, 23 августа 2014 г.

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ


Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətci, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:
          pedaqoji prosesin tamlığı - pedaqoji prosestəlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;
təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
inkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;
fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması  üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.


пятница, 22 августа 2014 г.

Dərs ilinin müddəti

                                        I-XI siniflər
                                  15 sentyabr-14 iyun
5 günlük tədris həftəsi 169 dərs günü( 33,8 həftə)
I yarımil: 15 sentyabr -26 yanvar (85 dərs günü)
II yarımil: 1 fevral -14 iyun (84 dərs günü)
I yarımil üzrə mərhələlər:
I mərhələ: 15 sentyş -15 noyabr (42 dərs günü)
Payız tətili: 16-20 noyabr (5 gün)
II mərhələ: 21 noyabr -26 yanvar (43 dərs günü
Qış tətili: 27-31 yanvar(5 gün)
II yarımil üzrə mərhələlər:
I mərhələ:
1 fevral-8 aprel (42 dərs günü)
Yaz tətili: 9-13 aprel (5 gün)
II mərhələ: 14 aprel-14 iyun (42 dərs günü)
6 günlük tədris həftəsi -205 dərs günü (34,2)
I yarımil: 15 sent -26 yanvar  (104 dərs günü)
II yarımil : 1 fevral -14 iyun (101 dərs günü)
                               I yarımil üzrə mərhələlər:
I mərhələ: 15 sentyabr – 15 noyabr  (51 dərs günü)
Payız tətli : 16-20 noyabr (5 gün)
II mərhələ: 21 noyabr-26 yanvar( 53 dərs günü)
Qış tətili:  27-31 yanvar(5 gün)
I mərhələ: 1 fevral-8 aprel (50 dərs günü)
Yaz tətili: 9-13 aprel (5 gün)
II mərhələ: 14 aprel -14 iyun (51 dərs günü)

Şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında

"Şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar" təsdiq edilib. Həmin qaydaların 6-cı və 7-ci bəndlərinin tətbiqi ilə əlaqədar təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli əmri ilə təsdiq olunmuş "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat"a illik qiymətin çıxarılması ilə bağlı müvafiq dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.
Təhsil nazirinin əmrinə əsasən, "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat"da şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanacaq.