Ümumi təhsil sahəsində dünyada üç əsas beynəlxalq qiymətləndirmə proqramı mövcuddur.
Bunlar PIRLS, PISA və TIMSS proqramlarıdır. Ölkəmiz hər üç proqramda da iştirak edir. Proqramların məqsədi müxtəlif yaşlı şagirdlərin bilik və bacarıqlarını ölçərək ölkələr arasında müqayisə aparmaq və hər ölkənin nailiyyətini müqayisəli şəkildə təqdim etməkdir.
Azərbaycan hər 5 ildən bir IV sinif şagirdləri arasında keçirilən PIRLS - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatında (Progress in International Reading Literacy Study) iştirak edir. PIRLS 2016 tədqiqatının əsas məqsədi 4-cü sinif şagirdlərinin oxu bacarıqlarının qiymətləndirilməsi və nəticələrin digər ölkələrlə müqayisə olunmasıdır. 2016-cı ilin aprel-may aylarında ölkə üzrə 170 ümumi təhsil müəssisələrində PIRLS 2016 tədqiqatının əsas mərhələsi keçirilmiş və bütün materiallar PIRLS 2016 tədqiqatını təşkil edən Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for the Evaluation of Educational Achievement) tədqiqat mərkəzinə göndərilmişdir. Tədqiqatın nəticəsinin 2017-ci il ərzində açıqlanması gözlənilir.
PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunaraq 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını yoxlayır. 2016-cı ildə Azərbaycan növbəti PISA 2018 tədqiqatında iştirak etməyə müraciət etmiş və hazırlıq işlərinə başlanılmışdır.2017-ci ildə keçiriləcək PISA 2018 tədqiqatının Pilot mərhələsi üçün oxu, riyaziyyat və elm sahələri üzrə materiallar, şagird, müəllim və məktəb sorğuları Azərbaycan və rus dillərinə tərcümə olunmuşdur. PISA 2018 tədqiqatının Pilot mərhələsinin növbəti ilin aprel-may ayında keçirilməsi planlaşdırılır.
TIMSS - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı (Trends in International Mathematics and Science Study) Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evaluation of Educational Achievement) tərəfindən 1995-ci ildən etibarən həyata keçirilən 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və elm biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Tədqiqat hər 4 ildən bir keçirilir və növbəti TIMSS 2019 araşdırmasında Azərbaycan da iştirak edəcək. Hazırda tədqiqatın 2018-ci ildə keçiriləcək pilot mərhələsi üçün hazırlıq işləri görülür.