Pedaqoji proses əvvəlcədən
müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici,
istiqamətverici, məsləhətci, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı
subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı
prinsiplər nəzərə alınmaqla qurulur:
pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlim məqsədləri kompleks (inkişafetdirici,
öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim
və şagird fəaliyyətini əhatə edir;
təlimdə bərabər imkanların yaradılması -
bütün
şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial
imkanları nəzərə alınmaqla tənzimlənir;
şagirdyönümlülük
- şagird
pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin
maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin,
potensial imkanlarının inkişafına yönəldilir;
inkişafyönümlülük
- şagirdlərin idrak fəallığı izlənilir,
nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi
tənzimlənir;
fəaliyyətin
stimullaşdırılması - pedaqoji
prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının
artırılması üçün onların fəaliyyətindəki
bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə
şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
dəstəkləyici
mühitin yaradılması - pedaqoji
prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə
təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və
təhlükəsiz təlim şəraiti yaradır.
Комментариев нет:
Отправить комментарий