16 Mart 2015 - 14:26 |
Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.
Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdir.
Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara almışdır.
Valideynlər aşağıda adları qeyd edilən lisey və gimnaziyalara elektron müraciət edə bilərlər:
1. “Ankara məktəbi” məktəb lisey
2. BSU Məktəb Lisey Kompleksi
3. Bülbül adına orta ixtisas musiqi məktəbi
4. Bakı Avropa liseyi
5. Heydər Əliyev adına lisey
6. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey
7. İ.Hacıyeva adına “Tərəqqi” liseyi
8. 132-134 nömrəli təhsil kompleksi
9. İ.Əfəndiyev adına Elitar Gimnaziya
10.“Zəngi” liseyi
11. Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət gimnaziyası
12. Humanitar Fənlər təmayüllü məktəb-lisey
13. 23 nömrəli tam orta məktəb
14. 287 nömrəli Zəkalar liseyi
15. 291 nömrəli Ekologiya liseyi
16. 160 nömrəli Klassik Gimnaziya