İNCƏSƏNƏT GİMNAZİYASININ ibtidai sinif müəllimi ƏZİMZADƏ YAQUTUN metodik bloqu
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
BMT
Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların
beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı
təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların
müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların
beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Dünyanın əksər
ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və
yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Onların
böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunub.Həkimlərin
fikrincə, uşaqların arasında xəstəliklərin əsas səbəblərindən biri
onların erkən yaşlardan işə gəlb edilməsidir.
Azərbaycanda əsasən
paytaxt küçələrində, gül satan, ayaqqabı boyayan, maşın şüşəsi silən
uşaqlara da rast gəlinir.
Azərbaycanda uşaqların vəziyyəti ilə
bağlı əsas problemlərdən biri də uşaq alveridir. Artıq bunun qarşısının
alınması, kökünün kəsilməsi və cinayətkarların cəzalandırılması
istiqamətində müəyyən tədbirlər görülür. Son illər uşaqların
valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı halların
artması da həyəcan yaradan hallardandır. Digər vacib problem
internatlardan uşaqların ailələrə verilməsidir. Hazırda ölkədə 50-yə
qədər internat məktəbi fəaliyyət göstərir.
Onların himayəsində təxminən
20 mindən çox uşaq var. 5000 mindən çox uşaq isə valideyn himayəsindən
məhrumdur.Azərbaycanda 300 min qaçqın və məcburi köçkün uşağın
olması da uşaq probleminin həllinə mənfi təsir göstərən amildir. Bütün
bunlara baxmayaraq, nikbin faktlar da mövcuddur. Məsələn, son 12 ildə
körpə və uşaqlar arasında ölüm əmsalı iki dəfə azalıb.
Ümidləri doğruldub, xeyirli övlad olsunlar.