суббота, 18 октября 2014 г.

İNKİŞAFETDİRİCİ KURSLARA DƏVƏT

                                                                                   Təhsil  Problemləri  İnstitutunun
                 Təhsil Texnologiyaları Mərkəzi                  
2014/2015-ci  tədris ili üçün

İNKİŞAFETDİRİCİ  KURSLARA
QƏBUL ELAN EDİR


Kurslara qəbul seçim əsasında aparılacaq.

-V-VII sinif şagirdləri üçün (yeni fənn proqramları əsasında);
-VIII-X sinif şagirdləri üçün (baza təhsili);

Hər fənn 3 dəfə  olmaqla həftədə 6 gün dərs aparılır. Dərslər peşəkar müəllimlər tərəfindən aparılır. Mənimsəmə səviyyəsini müəyyən etmək üçün ayda bir dəfə test sınaq imtahanları keçiriləcək. Uğur qazananlara güzəştlər nəzərdə tutulur. Aylıq testin nəticələri üzrə 1-ci yer tutan həmin ay ödənişdən 100%, 2-ci yer tutan 50%,  3-cü yer tutan 30% azaddır.  Ödənişlər fənn sayına görə aşağıdakı kimi aparılır:

              -  Bir fənn üzrə kursa gələn üçün ödəniş 60 AZN;
              -   İki fənn üzrə kursa gələn üçün ödəniş 50 AZN;
               - Üç və daha çox fənn üzrə kursa gələn üçün ödəniş 40 AZN;

Qeyd: Qruplar ən azı 8 nəfərdən ibarət səviyyəyə görə təşkil edilir, fərdi yanaşma da nəzərdə tutulur.

    -  Kompüter kurslarına  hazırlıq (Aparat və proqram təminatı, Office proqram paketi, Qrafika proqramları: Corel Draw, Adobe Photoshop CS6, 3 ölçülü qrafika - 3DS max 2014, 1C);

Kursların müddəti: 

             -  Aparat və proqram təminatı - 2 ay (aylıq ödəniş 50 AZN);
                   -  Office proqram paketi – 3 ay (aylıq ödəniş 60 AZN);
                  -  Corel Draw, Adobe Photoshop CS6 -3 ay (aylıq ödəniş 70 AZN);
                   -  Dizayn proqramları və  3DS max 2014 – 4 ay(aylıq ödəniş 100 AZN);

- Qeydiyyat 10 oktyabrdan başlanmışdır. Maraqlananlar A.Cəlilov küçəsi-86 ünvanına müraciət edə bilərlər (MEGAFUN ailəvi istirahət mərkəzinin qarşısındakı bina I mərtəbə (Təhsil Texnologiyaları Mərkəzi).

Əlavə məlumat üçün Əlaqə telefonları: 490-27-21, mob: 055-875-52-03

Milli Müstəqillik Gününüz mübarək!

Bu gün - oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunur. XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.