5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir.
Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir.
Müstəqil Azərbaycanda bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.
Müəllim adından dünyada müqəddəs nə ola bilər?! Çoxlarımız fikirləşib deyərik ki, yalnız “Ana” və “Vətən” kəlmələri!
Amma, daha dərindən fikirləşsəniz anamız bizi dünyaya gətirib ilk addım atmağı,ilk sözləri deməyi öyrədibsə ,müəllimlərimiz də ağ vərəqlər üzərində ilk dəfə “Ana,Ata, Vətən,” kəlmələrini yazmağı öyrətmiş,onların mənasını açıqlamış,bizə uzaq ulduzların sirrini açmış,tariximiz və keçmişimizlə tanış etmişdir.Onlara da Anamıza olan eyni ehtiram və sevgi ilə yanaşmağımız düz olmazdımı?Mmüəllimlərimiz həm pedoqoji fəaliyyəti ilə, yüksək mənəvi dəyərlərə malik olmaqları ilə, Həm də tədris ili dövründə müəlim valideyn münasibətlərinin düzgün formada qurulmasında çox böyük rol oynayır və müəllim peşəsinin nüfuzunu qaldırırlar.
Hər vaxt qarşınızda səcdə qılıram
Sizə deyiləsi sözüm var mənim,
Ürək sizdən alıb odu , alovu
Əbədi sönməyən odum var mənim,
Odur ürəyimdə ən əziz qonaq
Üzündə təbəssüm , gözündə məna.
Alim də şair də, rəssam da olsaq
Yenə
minnətdarıq biz sənə ancaq.Müəllimlərimizi peşə bayramı münasibəti ilə səmim qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar diləyirəm!