Sizin bu məqaləni oxuduğunuz zaman ərzində dünyanın müxtəlif
yerlərində olan təxminən 300.000 insan öz sevimli sosial şəbəkəsində
statusunu yeniləyəcək. Bu çox qəribədir. Bundan da qəribə olan isə, bu
vaxt ərzində 8 milyona yaxın insanın bu statusları oxumasıdır. Biz 96%
ehtimalla güman edirik ki, siz də hansısa sosial şəbəkədən istifadə
edirsiniz. O zaman, sizi təbrik etmək olar, çünki bu sizi savadlandırır.
Necə? Bu üsullarla:
1. Çox dost – çox ağıl
Beləliklə,
nə qədər çox dostunuz varsa, siz o qədər ağıllısınız. Əsasən, sosial
şəbəkələrdə çox dostu olan insanların beyin hissələri daha aktiv olur və
onların ad və üzü yadda saxlamaq qabiliyyəti daha çox inkişaf edir.
Lakin
alimlər hələ də bunun səbəbini dəqiq müəyyən edə bilməyiblər. Onların
bəziləri Facebookda dostlarla ünsiyyətin beyin hissəciklərini inkişaf
etdirdiyini, digərləri isə beyinlərinin bu hissəcikləri inkişaf etmiş
insanların daha çox sosial olduğunu düşünür. Bunun üçün alimlər bir qrup
Facebook istifadçisini uzun müddət ərzində izləyərək, onların
beyinlərində olan dəyişiklikləri tədqiq edəcəklər.
2. Yaddaşın yaxşılaşması
Sosial
şəbəkədə dostların sayının çox olmasının verdiyi əks təsirlərdən biri
də sizin onların bütün işləri haqqında məlumatlı olmağınızdır. Yəqin ki,
real həyatda hər birinizin tez-tez görüşdüyünüz bəzi tanışlarınız,
əməkdaşlarınız, sinif yoldaşlarınız və bəlkə də çox az sayda olan yaxın
dostlarınız var. Facebookda isə real həyatdan fərqli olaraq, insanın
200-dən də çox dostu ola bilər. Tədqiqatçılar düşünürlər ki, bu
insanların hərəkətlərini izləyərək, tədricən onların yaddaşını da
artırmaq olar.
Bunun əvvəlki bənddən fərqi
ondadır ki, bu bənd təkcə “minlərlə dostu olanlar”a aid deyil. Nə qədər
ki, sizin Facebook dostlarınızın siyahısı həyatdakından daha böyükdür,
sizin beyniniz ona daxil olan bütün informasiyanı emal etmək üçün daha
çox işləməli olacaq.
3. Digər insanlarla olan münasibətlər
Problemləri
həll etmək üçün digər insanlarla münasibət qurmaq bacarıığı təkcə
insanlara aid olan xüsusiyyət deyil. Lakin bizim bu bacarıqdan
heyvanlardan daha çox istifadə etməyimiz bizim beynimizin həcminin daha
böyük olmasının səbəblərindən biri ola bilər.
Dublinin
Triniti kollecindən olan bir qrup tədqiqatçı, məsələni həll etmək üçün
birlikdə və ya ayrılıqda çalışmaq haqqında qərar verəcək iki insanın
neyron yollarını araşdırıblar. Məlum olub ki, əməkdaşlıq edərkən beyin,
daha çox neyron yolu yaradır, çünki o, ikinci insanın da hərəkətlərini
nəzərə almalı olur. Beyin, daha çox potensial nəticə əldə etmək üçün
böyüyüb və dəyişib.
Bizim beynimiz bizi əhatə
edən insanlarla həmişə əlaqədə olur. Əlbəttə ki, bu təkcə Facebookda
yox, digər sosial şəbəkələrin populyarlaşması ilə də əlaqədardır. 30
müxtəlif ölkədən olan gənclərlə aparılan araşdırmadan sonra məlum olub
ki, onların 40%-dən çoxu digərləri ilə internet vasitəsilə ünsiyyət
qurmağı daha üstün tutur.
4. Müsbət emosiyalar
Facebook
haqqında bir çox mənfi keyfiyyətləri sadalamaq olsa da, dostlar və
ailəylə daima ünsiyyətdə olmaq imkanı çox müsbət keyfiyyətdir. Hətta az
miqdarda olan müsbət emosiyalar da düşüncə tərzinin genişlənməsinə və
aydınlanmasına təsir edir. Araşdırmalar göstərib ki, insanlar videoya
baxdıqdan sonra şifahi və vizual biliklər üçün olan testləri daha yaxşı
edir.
Başqa bir təcrübədə isə həkimlərdən
filmlərdən olan müsbət kadrlara və ya şəkillərə baxmaq, sonra isə
xəstəyə diaqnoz qoymaq xahiş olunub. İşini yaxşı əhval-ruhiyyə ilə
yerinə yetirənlər diaqnozu daha tez qoyub.
5. Mələk kimi heyvanlar
Facebook
və digər sosial şəbəkələrdə həddən çox kiçik pişik balalarının və
itlərin şəkilləri var və istifadəçilər də zaman-zaman bu şəkilləri
bir-birləri ilə bölüşürlər. Və bu da müsbət effektə malikdir, çünki
məsum heyvanların şəkilləri bizə diqqətimizi daha yaxşı cəmləməyə və işi
daha effektiv yerinə yetirməyə yardım edir.
Bu
sahədə də təcrübə keçirilib. Təcrübədə iştirak edənlərin bir hissəsi
uzun rəqəm zəncirindən konkret rəqəmi tapmalı, digərləri isə məntiqi
kompüter oyunu oynamalı olublar. Bu insanların bəzilərinə kiçik pişik
balalarının, digərlərinə böyük heyvanların, başqalarına isə qida
məhsullarının şəkilləri göstərilib.
Pişik balalarının şəkillərinə baxanlar işi daha effektiv şəkildə yerinə yetirib.
6. Yazı bacarıqları
Belə
bir fikir var ki, nəsillər ildən-ilə axmaqlaşır. Twitter və SMS
vasitəsilə olan yazışmalar insanların yazı yazmaq bacarıqlarını aşağı
salır. Lakin bu heç də belə deyil. Bizim nəslimizin insanları sosial
şəbəkələrin hesabına daha çox və daha yaxşı yazır.
Facebookda
yazı yazan gənclərin yazı bacarıqları get-gedə yaxşılaşır. Bundan
başqa, onlar öz fikirlərini daha səlis şəkildə ifadə edir. Məsələ
burasındadır ki, bu insanlar öz yazı üslubunu müəyyən situasiyaya uyğun
qura bilirlər. Razılaşın ki, Facebook yazışmaları, elektron məktublar və
məktəb referatları eyni adam tərəfindən yazılsa da, üslubuna görə
fərqlənirlər. Bu insanların ünsiyyət zamanı bir dildən digər dilə
keçməsini xatırladır.
7. Oxu bacarığı
Hər
şeydən əvvəl. Facebook bir oxu saytıdır. Yazışmaların çoxu mənasız
görünsə də, siz bu yazıları oxuyursunuz və bu da sizin beyninizə 1000
müxtəlif yolla təsir edir. Araşdırmalardan birində insanlara kitab
oxumaq tapşırılıb və bu zaman ərzində də maqnit-rezonans tomoqrafiysaı
həyata keçirilib. Bəzi insanlar oxu zamanı çətin infərmasiyanı analiz
etməli olsalar da, digərləri sadəcə zövq alaraq oxuyublar.
Oxunan
mətnin üslub fərqi müxtəlif psixiki funksiyalar buraxaraq, beynin
müxtəlif hissələrində qan dövranının sürətlənməsinə səbəb olub. Face
bookdakı yazıların müxtəlifliyi beynimizin müxtəlif hissələrini
aktivləşdirir.
Başqa sözlə desək, pizzanın
reseptini və siyasi məqaləni oxumaq beynimizin müxtəlif hissələrini
aktiv edir. Bunun sayəsində daha bir maraqlı effekti-selektiv oxu
bacarığını-müşahidə etmək olar. Xəbər lentini izləyərkən beyin mətnlərdə
olan müəyyən sözləri və söz birləşmələrini tutur, onları sortlaşdırır
və nəticədə, fikir ən maraqlı infərmasiyada cəmləşir.
8. Müzakirə və mübahisə etmək bacarığı
Sosial
şəbəkələrin və ümumilikdə, internetin əsas məqsədi insanların nəyisə
kimləsə, istənilən zaman müzakirə etməsidir. Beyin bundan həzz alır.
Fikir var ki, mübahisə prosesinin özü insan intellektinin əsas
mənbəyidir. Arqumentlərin axtarışından ibarət olan psixoloji proses isə
beyin üçün əsl idmandır.
Mübahisə sizi abstrakt düşünməyə vadar edir bu məntiqi dialoqu qura bilmək üçün çox zəruridir.