суббота, 19 марта 2016 г.

Bahar xoş gəlibdir Azərbaycana .


  Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun, arzularınız sonsuz, umidləriniz gərçək olsun, inşallah!  Qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləri bol olsun! Novruz bayramınız mübarək olsun!
  Əzizlərim,  hamınızı Novruz Bayramı münasibəti ilətəbrik edirəm!
Ölkəmizə yazın gəlişi sabah baş verəcək.
Baharın bu il Azərbaycana qədəm qoyacağı dəqiq vaxt açıqlanıb. Bahar bu il ölkəmizə martın 20-də qədəm qoyacaq. Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində baş verəcək.
Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.
Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.