Əziz müəllimlər qurbanınız qoyun, niyətiniz qəbul olsun, səadət dolu günləriniz olsun, bayramınız mübarək olsun.
Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".
Allaha
qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər
oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva
bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq
bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
Çox
sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah
qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din
tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir.
Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz
sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb,
yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!
Bu
rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi
qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə
rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar
bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində
də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii
fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.
"Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim
namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah
üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki,
Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri
zaman) Allahın adını çəksinlər" kimi münasibətlər göstərilir. Ənəs ibn
Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: "Bayram namazından
sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna)
əməl etmişdir".Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".