1) Kim öyrədir? 2) Nəyi öyrədir? 3) Necə öyrədir?"
Əlbəttə, burada müəllimin akademik və didaktik qabiliyyətləri xüsusi yer tutur.
Akademik qabiliyyət müəllimin ixtisas biliyinin dərinliyi, mükəmməlliyi, onun ümumi bilik və dünyagörüşüdür .
Didaktik qabiliyyət isə müəllimin öyrətmə qabiliyyəti, praktik fəaliyyətidir. Müəllim yüksək əqidə, məslək sahibi olmalı, müəllim - vətəndaş olmalıdır. O, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. Müəllimlik-vətənpərvərlik peşəsidir. Məhz müəllim uşaqları, gəncləri vətənə məhəbbət ruhunda tərbiyə edir, onları vətənin müdafiəsinə hazırlayır.
1. Müəllim yüksək mədəniyyətə və mənəviyyata malik olmalıdır. O, özündə zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri (düzlük, ədalətlilik, xeyirxahlıq, humanizm, sadəlik və b.) cəmləşdirməlidir. Müəllim tərbiyə işinə özündən başlamalıdır, çünki özündə olmayan keyfiyyəti başqalarına vermək olmaz.
2. Müəllim dərin biliyə, erudisiyaya malik olmalıdır. Bilik müəllimin əsas silahıdır. Y.A. Komenski biliksiz müəllimi işıqsız lampaya, susuz bulağa bənzədirdi. Belə "müəllim" uşaqlara dərin bilik verə bilməz. Zəif müəllim zəif də şagird, tələbə yetişdirər.
3. Müəllim fənnini, peşəsini və uşaqları sevməlidir. L.N. Tolstoya görə, öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim səriştəli müəllimdir.
4. Müəllim yüksək nüfuz sahibi və uşaqlara nümunə olmalıdır. Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər.
5. Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır.