Növbəti ilin fevral ayından etibarən Bakıda şagirdlərin məktəblərə qəbulu elektron qaydada həyata keçiriləcək.
Trend
Təhsil Nazirliyinin saytına istinadən xəbər verır ki, bunun üçün məktəb
seçimi elektron qaydada valideyn tərəfindən, müəllim seçimi isə xüsusi
proqram vasitəsilə həyata keçiriləcək.
Bununla valideynlərin məktəb seçimi və qeydiyyatı prosesi asanlaşdırılacaq və yarana biləcək mənfi halların qarşısı alınacaq.