·
Təhsil
Nazirliyi 2014-2015-ci tədris ilinin yekunlarına görə ümumi təhsili
xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş
medalla təltif edib.
Qızıl və gümüş medal alanların 69 nəfəri
Bakı, 83 nəfəri isə bölgə məktəblərini təmsil edir. Onların 135 nəfəri
dövlət, 17 nəfəri özəl məktəblərdə təhsil alıb. Medal sahiblərinin 75
nəfəri oğlan, 77 nəfəri qızdır.
Medala namizədlər Nazirlər Kabinetinin “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na uyğun olaraq müəyyənləşdirilib.
Medala namizədlər Nazirlər Kabinetinin “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na uyğun olaraq müəyyənləşdirilib.
Medalla təltif zamanı namizədlərin ümumtəhsil məktəbində oxuduğu
müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə
fərqlənməsi, fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik
yarışlarında, müsabiqə və layihələrdə yüksək mükafat qazanması nəzərə
alınmışdır.
Həmçinin, təhsildə yüksək nəticələr göstərmiş bir qrup məzun Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltifə təqdim olunmuşdur.
Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri (http://edu.gov.az/upload/file/emr/2015/862-nomreli-emr.pdf)