İlk Qadınlar
Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika
Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin
1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.
1909-cu
ildə isə Avropadaki qadınlar, fevral ayının son bazar
gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.
1910-cu
ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist
İnternasyonalının qurultayında qadın
hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129
qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını
təklif etdi və bu təklifi qəbul edildi.
1998-ci
ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Azərbaycan həm də Avropa Şurasının
qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin
qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci
ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin
bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya
qoşulub. Bayramınız
mübarək