понедельник, 1 декабря 2014 г.

Təhsil Problemləri İnstitutundan Beynəlxalq Seminar


 
1 dekabr 2014-cü il tarixində Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə “Avropa” otelinin Bakı zalında “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-hümanist yanaşmanın əsasları” mövzusunda Beynəlxalq Seminarın ilk günü öz işinə başladı.  Azərbaycanın şəhər və bölgələrindən gəlmiş 200-dən çox təhsil işçilərinin iştirakı ilə keçirilən seminarda institutun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov xarici qonaqları və Beynəlxalq Seminar iştirakçılarını salamlayaraq, mövzunun əhəmiyyətindən danışıb.  Tədbirdə Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvili (Gürcüstan),  
"Valideyn qayğısı" Beynəlxalq ictimai hərəkatın sədri Klara Mansurova (Moskva), psixologiya üzrə fəlsəfə doktoru Ümuminsan dəyərləri institutunun filialının direktoru, Ümumrusiya pedaqoji cəmiyyətinin üzvü Valeriy Voşinin iştirak edirlər (Sankt-Peterburq).


4 gün ərzində keçiriləcək seminarı Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, yazıçı, Rusiya Təhsil Akademiyasının akademiki, psixologiya elmləri doktoru, professor Şalva Aleksandroviç Amonaşvili aparacaqdır.  

Seminara Azərbaycanın 200-dən çox şəhər və bölgədən olan orta və ali məktəb müəllimləri,  direktorları,  gənc alimlər,  bağça müdirləri,  tərbiyəçilər və bir çox təhsil müəssisələrində çalışanlar qatılmışlar.