Müəllim andı
Azərbaycan Respublikası
Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə
sadiq qalacağıma, keyfiyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət
zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım,
təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət
əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm.
Müəllimin peşəkarlığı və fərdi məsuliyyəti nə deməkdir?
müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə
borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməsinə
görə məsuliyyət daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların,
valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə
inamını artırmalı və möhkəmləndirməlidir.
Təhsil proqramı
(kurikulum) nə deməkdir?
təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir.
Qardner nəzəriyyəsi
Şagirdlərin
bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi və inkişaf etdirilməsi işində
dünya təcrübəsində geniş yayılmış
Hovard Qardnerin nəzəriyyəsinin böyük əhəmiyyəti vardır. Bu nəzəriyyəyə çoxşaxəli
əqli qabiliyyətlər nəzəriyyəsi də deyirlər. Amerika psixoloqu Hovard
Qardner
bu nəzəriyyəni 1983-cü ildə “Ağıl çərçivəsində” kitabında təklif etmişdir.
Qardner nəzəriyyəsinə görə hər bir şagird 8 qabiliyyətin təkrarolunmaz
kombinasiyasına malikdir. Bu qabiliyyətləri inkişaf etdirmək yollarını tapmaq
lazımdır. Qardnerin fikrincə hər bir şagird
ruhlandırıldıqda,
dəstək və düzgün təlimatlar aldıqda 8 qabiliyyəti də lazımı səviyyədə inkişaf etdirilə
bilər. Bu xüsusiyyətlərin üzə çıxması üçün onlara şərait yaradılmalıdır. Bu
qabiliyyətlər aşağıdakılardır:
1. Verbal (linqvistik)
qabiliyyət – belə şagirdlər çoxlu
suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir,
asanlıqla yeni dil öyrənə bilirlər.
2. Məntiqi (riyazi)
qabiliyyət – belə şagirdlər rəqəmlərlə
oynamağı, əşyaları toplamağı, qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini
bilmək istəyir, məntiqi ilə maraqlanırlar. Riyaziyyatı, məntiqi yaxşı bilirlər.
3. Vizual (fəza) qabiliyyət -
belə şagirdlər şəkil çəkməyi, mexaniki cızma-qara etməyi, hadisələrə təcrid
olunmuş şəkildə yanaşmağı xoşlayır, yerləri təsvirə, şəkillərə əsasən yadda saxlayırlar,
əşyaları yaxşı təsvir edirlər, diaqramla və xəritələrlə asan işləyirlər.
4. Kinestetik (bədən)
qabiliyyət – belə şagirdlər yaxşı
müvazinət hissinə, ritm hissinə malikdir. Hərəkətləri qrasiyalıdır, bədən
dilini (jestləri) oxuyurlar, fikirlərini jestlər vasitəsilə çatdırırlar.
5. Ritmik (musiqi)
qabiliyyət - belə şagirdlər səslərə
qarşı həssasdırlar, ritmlə tıkkıldanır və yellənirlər, səsləri bir-birindən
ayıra bilir, musiqini xoşlayır, onu axtarır, ritmi tuta bilirlər.
6. Şəxsiyyətlərarası
qabiliyyət - belə şagirdlər
başqalarının hislərinə şərik olur, həmyaşıdları tərəfindən sevilir, özünə oxşar
böyüklərlə yaxşı əlaqə saxlayırlar, liderlik bacarığı nümayiş etdirirlər, məsləhətçi
və ya vasitəçi rolu oynayırlar, insanlar arasında ünsiyyət qura, bəzən onlarla
manipulyasiya edə bilirlər.
7. Şəxsiyyətdaxili
qabiliyyət – belə şagirdlər müəyyən
fəaliyyətlə bağlı xoşuna gələn və gəlməyən cəhətləri açıq şəkildə ifadə edə bilirlər.
Güclü və zəif cəhətlərindən xəbərdardırlar. Öz bacarıqlarına inanırlar,
qarşılarına müəyyən məqsədlər qoyurlar, diqqətlərini hislərinə, arzularına yönəldirlər,
orijinal olmağı sevirlər.
8. Naturalistik qabiliyyət –
belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır,
bitki yetişdirməyə, heyvan saxlamağa həvəslidirlər, həvəskar astronomdurlar.
Hər
bir müəllim şagirdlərində bu qabiliyyətlərin üzə çıxarılmasına yardım etməlidir.
Unutmayaq
ki, müəllimin şagirdlərinə xeyirxah münasibəti, hörməti, onları
olduğu kimi qəbul etməsi, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə
həm özünə, həm də müəlliminə hörmət və etibarı artırar. Gördüyünüz kimi müəllim-şagird
münasibətləri çox incə və mürəkkəb məsələdir.
Odur
ki, işlərimizi düzgün qursaq nəticədə ölkəmizə yüksək intellekti, elmi
potensialı və millimənəvi dəyərləri ilə seçilən, cəsarətli və vətənpərvər
şagirdlər tərbiyə etmiş olacağıq.
Комментариев нет:
Отправить комментарий