Tarixi
O.Rəcəbovdan sonra gimnaziyanın rəhbərliyi tez-tez dəyişib. 2002-ci ilin oktabrında Yusif Məmmədov, bir il sonra Firəngiz Qayıbova gimnaziyanın direktoru olub. 2004-ün yeni tədris ilində isə Nazim Quliyev direktor təyin edilib. Nəhayət, 2007-ci ilin başlanğıcında - yanvarın 6-da yeni direktor, musiqi təmayüllü internat məktəbi adlandığı vaxt bu müəssisəyə rəhbərlik etmiş Mahizər Şabanbəyova gimnaziyanın kollektivinə təqdim olunub. Adi məktəblərdə olduğu kimi İncəsənət Gimnaziyasında da şagirdlər orta təhsilə yiyələnir, lakin attestatla yanaşı onlara konkret ixtisas üzrə təhsil almaları haqda sənəd də verilir. Daha sonra isə uzun illər boyu Gimnaziyada musiqi bölməsi üzrə direktor müavini işləyən Aqui Zəhra xanım bu gimnaziyanın direktoru təyin edilmişdir.
Hal -hazırda Gimnaziyaya Aytən xanım Əhmədova rəhbərlik edir. Gimnaziyaya yeni rəhbər təyin olunan gündən Aytən xanım var gücü ilə Gimnaziyayanın əvvəlki şöhrətini özünə qaytarmağı və bu musiqi təhsil ocağını dünyaya tanıtdırmağı qarşısına bir məqsəd kimi qoymuşdur. Həqiqətən də, qısa müddət ərzində Aytən xanım Gimnaziyanın müəllim və valideyn kollektivinin böyük rəğbətini qazanmış, həmçinin, Gimnaziyanın yetirmələrinin dünya arenasına çıxmasında çox böyük əmək sərf etmişdir. Məhz, bunun nəticəsidir ki, Gimnaziyamızın yetirmələrinin xoş sorağı Fransadan, Türkiyədən, Yaponiyadan, İtaliyadan və dünyanın bir sıra qabaqcıl dövlətlərində keçirilən mötəbər tədbirlərdən gəlir. Bütün bunlara görə biz Aytən xanıma təşəkkür edirik.
AMK tərkibində İncəsənət Gimnaziyası
Комментариев нет:
Отправить комментарий