Nümunəvi dərslərin, tədbirlərin mahiyyətinə görə mən həmkarlarına bir örnəyəm.
Hər zaman öz iş usulum və əldə etdiyim yeni biliklər ilə müəllim
yoldaşlarımla paylaşır, bu yolda çətinlik çəkən gənc kadrlardan
öz yardımlarımı əsirgəmirəm.
Ulu öndərimiz Heydər
Əliyevin təbirilə desək, gələcək bilikli, elmli, istedadlı insanların çiyinləri
üzərində qurulur. Mən dərslərimdə tez- tez İKT-dən istifadə edirəm , belə
ki, bu dərslər şagirdlərdə daha çox maraq oyadır, . Fəal (interaktiv )
texnologiyalarına mükəmməl formada yiyələnmişəm , dərslərimi
Milli Kurikulum standartları əsasında qururam, İKT-dən yerində və
bacarıqla, pedaqoji vasitələrdən isə çox böyük
ustalıqla istifadə edirəm. Şagirdlərimi yeni texnologiyanın vasitəsi ilə
fikirləşməyə, təhlil və tətbiq etməyə, fikir mübadiləsinə, əməkdaşlığa və
yaradıcılığa həvəsləndirirəm , onlarda dərsə necə maraq oyatmaq
üsullarını çox gözəl bilir və yetirmələrinin daha dərin bilik əldə
etməsinə məharətlə nail oluram. Təcrübəli müəllim kimi müəllim-valideyn
münasibətlərini doğru istiqamətə yönəltməyi və bunun müəllimin peşəkarlığının
göstəricisi olduğunu bildirirəm. Müasir müəllim kimi, ailə ilə məktəb arasında
vahid tərbiyəvi bir mühit yaratmağı bacarır , pedaqoji fəaliyyətində müəllim-şagird,
valideyn- müəllim münasibətlərini yeni səviyyədə
qururam.
Mən- Yaqut Əzimzadə 17 sentyabr
2008- ci il “İNTEL” Gələcək üçün
Təhsul Proqramının kursunu fərqlənmə sertifikatı ilə bitirmiş və aşağıda göstərilən təlim, layihə və konfransların iştirakçısı olmuş, eləcədə, mükafatlara layiq görülmüşəm.
“MİMİO-Xİ
İnteraktiv lövhə ilə tədris” təliminin Iştirakçısı(6 – 9 iyun
2009- cu il),
Müasir
Təhsil və Təhsilə Yardım Mərkəzinin təşkil etdiyi “YENİ İBTİDAİ TƏHSİL KURİKULUMU” adlı təlim
proqramı kursunun (2010 –cu li
13 iyul).
22-26 Oktyabr-2012 tarixində Türkiyənin
Trabzon şəhərində keçiriləcək TÜRKİYE İNNOVATİV MÜELLİMLER kursunun II mərhələsi;
Azərbaycan
Respublikası Təhsil Nazirliyi və "İnkişaf " Elmi Mərkəzinin təşkil etdiyi “Yeni fənn kurrikulumlarının tətbiqi “ sahəsində
təlim kursu” (2011-2012 -ci il iyul-avqust)
4-6 oktyabr
2012 –ci il tarixində Qazyantəpədə, Türkiyədə, Qazyantəpə Universitetində 6-cı Beynəlxalq Kompüterdə Təlim
Texnologiyalar Simpoziumunda "Təhsildə konstruktiv Yanaşma"
adlı mövzu ilə çıxış etmiş,
“Elektron
tədris resurslarının hazırlanması” istiqamətində Macromedia Flash Player 8
proqramının öyrənilməsi üzrə təlimin iştirakçı olmuşam.( 6-9 iyun 2013).
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Əlavə təhsil mərkəzinin təşkil
etdiyi “Müasir kurikulumların tətbiqində dərslik və dərs vəsaitlərinin
yazılması və qiymətləndirilməsi üzrə Təlim seminarında iştirak etmişəm (17-22Aprel 2014).
“EDUMEDİYA” şirkəti tərəfindən “Prometan”interaktiv Lövhələrindən istifadə üzrə müvəffəqiyyət sertifikatı(2014-cü
il).
Təhsil
Texnologiya Mərkəzinin təşkil etdiyi “Təhsil prosesində şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları”
mövzusunda keçirilən seminarın, Rusiya Təhsil Akademiyasının akademiki,
Psixologiya elmləri doktoru, Beynəlxalq Humanist
Pedaqogika mərkəzinin prezidenti yazıçı,
psixoloq “Basti-Bubu” uşaq bağçasının
elmi rəhbəri, professor Şalva Aleksandroviç Amonaşvilinin iştirakı ilə 3 günlük seminarın iştirakçısı
olmuşam( 4- 5 dekabr 2014 )
.
Təlim modelləri əsasında “Yaradıcı müəllim
- Yaradıcı rəhbər” – Lider müəllimlər
akademiyası çərçivəsində keçilən təlim kursunu keçmiş,
6–8 yanvar
2014- cü il "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək” Proqramı əsasında pedaqoji kadrlarin
metodiki, elmi-nəzəri və təcrübi
hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən “Öyrədənlərin öyrədilməsi” layihəsi əsasında
“Elektron tədris resurslarının hazırlanması və tətbiqi qaydaları” üzrə təlimin iştirakçısı olmuşam.
İncəsənət
Gimnaziyasında ibtidai siniflər üzrə
Metodbirləşmə sədriyəm,
2013-2014-cü tədris ilinin “Ilin müəllimi müsabiqəsinin qalibi;
2013-2014-cü tədris ilinin “ElektronTəhsil “
Respublika müsabiqəsinin qalibi
olmuşam..
Xəzər Universitetinin və UNİSEF-in ortaq təşkil
etdiyi ”Potensial məktəb direktorları” kursunun
müdavimi(18 aprel 2015- 29 ilun 2015 );
Azərbaycan təşkilatı və
Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən “Həmkara Dəstək” layihəsi
çərçivəsində"
Mentorluq fəaliyyətinin təşkili və həyata keçirilməsi"ilə bağlı 5 günlük təlimin
iştirakçısı;
Pedaqoji kadrların peşəkarlığının yüksəldilməsi
üçün ARTPİ-nin təşkil etdiyi "Mənəvi
dəyərlərə əsaslanan təhsil" mövzusunda 4 günlük beynəlxalq seminarın
iştirakçısı ( 1-4 iyul 2015-ci il);
Təlim
modelləri əsasında “Yaradıcı müəllim - Yaradıcı rəhbər” – Lider müəllimlər akademiyası çərçivəsində keçilən təlim
kursu;
Xəzər Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkil etdiyi “Dərsliklərin hazırlanması və
Qiymətləndirilməsi” üzrə təlim kursu(13-22 Noyabr 2015);
Azərbaycan Respublikası Təhsil Nazirliyinin İbtidai sinif müəllimləri üçün təşkil etdiyi
ixtisasartırma təlimi “Təməl” kursu( 13
aprel-30 iyun 2015);
“ Ulu
Öndər Heydər Əliyv ideyalarının təbliğində fəal mövqeyinə və yüksək pedaqoji fəaliyyətinə görə “ƏSRİN
ZİYALISI” fəxri mükafatı(30.12. 2015);
Təhsil şurasının təşkil etdiyi Təlim-tərbiyə
prosesi; “Ənənə və müasirlik, innovasiyalar, kreativ düşüncələrin formalaşması”
mömzusunda elmi –təcrübi konfransda
çıxış (23.01.2016);
Təhsil Problemləri İnstitutunun təşkil
etdiyi Fransa Təhsil Akademiyası və təhsil Assossiasiyası”Cilarom” -“Öyrən və
öyrənməyə kömək et” layihəsi (5-10 iyun 2016);
Azərbaycan Respublikası “Təhsil” Mərkəzi
tərəfindən Nümunəvi pedaqoji fəaliyyətinə görə “Abdulla Şaiq” mükafatı (2016);
” HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ ,
YUNESKO VƏ İSESKONUN XOŞMƏRAMLI SƏFİRİ , OLKƏNİN I XANIMI MEHRİBAN ƏLİYEVANIN DOĞUM GÜNÜ MÜNASİBƏTİ
İLƏ” BİZİM LİDER” qəzetinin FƏXRİ
FƏRMANI (2016);
Dəfələrlə beynəlxalq konfransların iştirakçısı olmuşam.
Təhsil
İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə
Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar
İnkişafı İnstitutunda “İbtidai təhsildə müəllimlik proqramı” adlı təlim kursda
iştirak etmişəm(22-26 may 2017- ci il).
2017-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunda doktoranturanı bitirmişəm.(2014- 2017ci il)
Mütəmadi olaraq mətbuatda və internet səhifələrində
öz iş təcrübələrim ilə paylaşır, pedaqoji qəzet və jurnallarla əməkdaşlıq edirəm, maraqlı rəy və məqalələrlə çıxış edirəm. Yerli mətbuatla bərabər, xarici mətbuatda da çıxış edirəm. Belə ki, Almaniya, Polşa, ABŞ, həmçinin , Rusiyada da dərc edilən məqalələrim işıq üzü görmüşdür.
Çoxlu sayda elmi məqalələrin və Təhsil Nazirliyinin
qrifi ilə nəşr olunmuş 3 kitab müəllifiyəm .
Yaqut
Yaqut
Комментариев нет:
Отправить комментарий