16-3-2015 // saat: 20:41 | ||||||||||||
|
||||||||||||
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda doktorant və dissertantlar üçün öyrədici seminar
təşkil olunmuşdur. Seminarda Təhsil Problemləri İnstitutunun doktorant
və dissertantları iştirak etmişlər. Məruzəçi Təhsil Problemləri
İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri, Pedaqogika və
Psixologiya elmləri üzrə Elmi Şuranın sədri, pedaqogika üzrə elmlər
doktoru, professor İntiqam Cəbrayılov olmuşdur.
Seminarı giriş sözü ilə institutun direktor müavini Ənvər Abbasov açmışdır. O, çıxış edərək tədqiqat işi aparmağın xüsusiyyətlərindən danışmış, bu işin məsuliyyətindən bəhs etmişdir. Daha sonra professor İntiqam Cəbrayılov “Dissertasiyanın strukturunun müəyyənləşdirilməsi və ona verilən tələblər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi dissertasiya işinin strukturu, xüsusiyyətləri, yazılma qaydaları ilə gənc tədqiqatçıları tanış etmiş, tədqiqat işini həyata keçirməyin və uğurlu nəticəyə nail olmağın yolları haqqında onları məlumatlandırmışdır. Məruzə zamanı iştirakçılar onları maraqlandıran suallarla məruzəçiyə müraciət etmiş və ətraflı məlumat almışlar. Olduqca səmərəli olan seminar öyrədici xarakter daşımaqla, doktorant və dissertantları maraqlandıran məsələlərə aydınlıq gətirmişdir. |
||||||||||||
|
"Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır." Heydər Əliyev
İNCƏSƏNƏT GİMNAZİYASININ ibtidai sinif müəllimi ƏZİMZADƏ YAQUTUN metodik bloqu
вторник, 17 марта 2015 г.
Təhsil Problemləri İnstitutunda öyrədici seminar
Подписаться на:
Сообщения (Atom)