Motivasiya: onun quruluşu və prinsipləri
Motivasiya dərsin
başlanğıc mərhələsidir. Fəal dərs motivasiyadan başlanır.
Müəllim motivasiyanı düz
qurubsa, onun dərsinin 50 %-i daha yerinə yetirilmiş sayıla bilər. Motivasiyanın quruluşu:
dərsdə nəzərdə tutulur
Yönəldici suallar, tapşırıqlar
(mövzuya, əsas məqsədə
yönəldirlər; dərsin başlanmasını təşkil edirlər; 1- 3 sual ola bilər)
Tədqiqat sualı
(dərsin əsas məqsədi əks
etdidir: tədqiqat sualı = məqsəd; adətən bir sual olur,
Dərsin sonunda ona qayıtmaq vacibdir)
Motivasiya 2 əsas prinsip əsasında qurulur:
1. problemlilik
2. məqsədyönlük.
Bu iki prinsip motivasiya zamanı mütləq öz əksini
tapmalıdırlar.
Problemlilik. Dərsin əvvəlində
şagirdlərin qarşısına problem (ziddiyəti həll etməyə tələb edən fikir, sual)
qoyulmalıdır. Bu problemi müəllim necə seçə bilər? Burada uşaqların ilkin
biliklərinə zidd olan məlumat və onunla bağlı olan sual təqdim olunmalıdır. Bu
tədqiqat sualı bizə imkan verir ki, biz problemlilik prinsipini həyata keçirək.
Tədqiqat sualın əsasında tədqiqat işi təşkil olunacaq.
Məqsədyönlük. Əgər bu prinsip
gözlənilmir, biz dərsi düz qura bilməyəcəyik. Dərs zamanı aparılan tədqiqat və
ümümiyyətlə bütün fəaliyyətlər məqsədlə sıx bağlı olmalıdırlar. Bunun zəmini
təşkil edən motivasiya zamanı verilən tədqiqat sualıdır. Köməkçi suallar isə
həmin tədqiqat suala yönəldən suallardır.
Bunun üçün müəllim birinci növbədə dərsin məqsədlərini
araşdırılmalıdır. Bu məqsədlərdən şagirdlərin aktual bilik və bacarıqları
nəzərə alan və yeni biliklərin (məzmunun) daxil olması ilə əlaqəli olan məqsəd
seçilir.
Məsələn:
Ana dili fənnində
siz 2-ci sinifdə
“sifət” anlayışının tərifini və
cümlədə
istifadəsini keçirsizsə,
bu dərs zamanı
sizin bir neçə
məqsədiniz ola bilər:
a) “sifət”
anlayışı və onun süalları
ilə tanış etmək
b) Sifətin xüsusiyyətlərini müəyyən etmək
c) Isim və
sifət arasında olan
əlaqəni müəyyən etmək
d) Təhlil etmək bacarığnı
formalaşdırmaq
e) Kiçik qrupda
əməkdəşlıq etmək bacarığını
formalaşdırmaq
Burada digər məqsədlərin arasında tədqiqatı
təşkil edən
əsas məqsədini seçirsiniz.
Ona nail olması
şagirdlərin aktual olan ehtiyaclarını
ödəyəcək.
Eyni zamanda təşkil edilmiş
tədqiqat işi
çərçivəsində
biz digər məqsədlərə
də nail olacayıq.
Motivasiyanın yaradılması yolları
Motivasiyanın yaradılmasının bütün mümkün yollarını 3 əsas qrupa bölmək olar:
1. Rəmzi (simvolik) materialın şərhi (bu, rəsm, foto-şəkil, simvol, təranə (melodiya), ədəbi əsərdən parça, əşya, rəvayət, tapmaca, qrafik, sxem və s. ola bilər). Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir: “Bu nəyi bildirir? Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”)
2. Sual verməyə həvəsləndirmə. Təfəkkür prosesinin aktuallaşdıran sualların 3 növü mövcuddur:
Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar:
“. . . haqqında biz nəyi bilirik və nəyi bilmirik? . . . haqqında daha nələri bilmək istərdik?” Sual vermə zamanı müəllim fasilitasiyanın köməyi ilə şagirdlərin təfəkkürünü lazımi məcraya yönəldir. Suallar verilib qurtardıqdan sonra onların arasından mövcud tədqiqata uyğun olanlarını seçib ayırırlar. Müəllimə yalnız bu qalır ki, tədqiqat sualını dəqiqləşdirmək üçün şagirdləri bu sualı daha dürüst ifadə etməyə yönəltsin.
Açıq suallar, yəni iki və daha çox cavab variantı olan suallardan istifadə olunur.
Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir («açar» sözlər: xassələr, xüsusiyyətlər, funksiya, növlər, tiplər, rol, əhəmiyyət, səbəb, nəticə , əlaqə, qarşılıqlı əlaqə, qüsur və üstünlük, struktur, qayda və s.).
3. Problemin müxtəlif yollarla həll edilməsi (məsələn, müxtəlif yollarla təsnif edilməsi, məsələnin müxtəlif üsullarla uğurlu həlli, yaxud həlli imkanı, hansısa hadisənin bir neçə bərabərdəyərli səbəbinin olması).
MOTİVASİYA-hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
Fəal dərsdə MOTİVASİYA dərsin vacib komponentidir-təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
Müəllim müasir təlim
metodlarını tətbiq etməyi bacarmalıdır”
|
“Müasir dərs elə
qurulmalıdır ki, orada müəllim-şagird əməkdaşlığına şərait yaranmalı, şagirdlərarası
sağlam rəqabət olmalı, təlim metodları şagirdlərin yaşına, bilik səviyyəsinə uyğun
qurulmalıdır”
- Balzak deyib ki, “Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir. Bütün elmlərin açarı isə sual işarəsidir”. Peşəsindən asılı olmayaraq hər bir insan daim özünə sual verməlidir ki, mən nəyi bilirəm, nəyi bilməliyəm? Bildiklərimi daha da hansı yollarla artıra bilərəm və hansı yenilikləri etməyə qadirəm? Kəşf etmək hamının gördüyünü görmək, lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir. Elə buna görə də müasir dövrün bizdən tələb etdiyi müasir müəllimin vəzifəsi müasir təlimi özü özündə kəşf etmək və innovasiyalara can atmaq həvəsinin olmasıdır. Məktəbdə tədris mühiti, işgüzar şərait yaradılmasına nail olmaq təkcə məktəb rəhbərinin yox, həmçinin biz müəllimlərin də üzərinə düşən məsuliyyətli bir vəzifədir. Hər bir müəllim çalışmalıdır ki, fəal mövqeyi, nümunəvi davranışı, zahiri görünüşü ilə kollektivdə və sosial mühitdə nüfuz qazansın. Son illər təhsilimizdə canlanma hiss olunur. Ən əsası hər bir müəllim öz üzərində işləməyə, müasir təlimin tələb etdiyi öyrədici, inkişafedici, tərbiyəedici kimi vəzifələrini öz işində qurmağa can atır. Bunun 2 müsbət cəhətini ondan ibarətdir ki, birincisi, müəllim müasirliyə can atır, təlim-tərbiyənin forma və metodlarına modernləşdirmə və innovasiya mövqeyindən yanaşır, ikincisi isə müəllim təhsilin keyfiyyətinə nəzarəti həyata keçirmək istəyir və təhsilimizə qoyulan müasir tələblərlə ayaqlaşır. Hər bir təhsil müəssiəsində təlim-tərbiyə prosesi, təlim metodları şagirdlərin aktiv fəaliyyətini, müəllimin şagirdlə, şagirdlərin bir-birilə əməkdaşlığını təmin edir. Hər bir müəllim də müasir metod və formaları tətbiq etməyi bacarmalıdır. Bunun üçün də son vaxtlar ölkəmizin təhsil sahəsində böyük işlər həyata keçirilir, yeni metodları müəllimlərə aşılamaq üçün təlim kursları təşkil edilir, yenilikləri öyrənməyə müəllimlərdə həvəs oyadılır. Ümumiyyətlə, təlimi elə təşkil etmək lazımdır ki, o təkcə şagirdlərə bilik və bacarıq verməklə kifayətlənməsin, şagirdin təkcə əqli inkişafını inkişaf etdirməsin, həmçinin şəxsiyyətin formalaşmasına təkan versin. Çox güman ki, biz bu zaman təlimin tərbiyəedici funksiyasını həyata keçirmiş olarıq. Müasir təlim də bizdən tələb edir ki, hər bir dərs müasir tələblərə uyğun qurulsun. Müasir dərs elə qurulmalıdır ki, orada müəllim-şagird əməkdaşlığına şərait yaranmalı, şagirdlərarası sağlam rəqabət olmalı, təlim metodları şagirdlərin yaşına, bilik səviyyəsinə uyğun qurulmalıdır. Yaradıcı müəllim şagirdlərin zehni fəaliyyətlərinin gücləndirilməsi, onlarda axtarış tələbatı, müstəqil işləmək meyli və bacarığının yaradılmasının yeni yollarını daim axtarıb araşdırmalıdır ki, şagirddə tədqiqatçılıq bacarığını tapıb ortaya çıxara bilsin. -Müasir dərs prosesi necə təşkil edilməlidir? -A. Karrel deyib ki, “Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, şagirdləri öz-özlərinin fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır. Ona görə də müasir dərs elə qurulmalıdır ki, məlumatlar hazır şəkildə şagirdə ötürülməsin, şagird daim araşdırmaçı olub yeniliklərə can atmalıdır. Müasir təlimdə motivasiya elə olmalıdır ki, bu, şagirdin düşünmə, təfəkkür qabiliyyətini önə çıxarsın. Elə etmək lazımdır ki, məlumat mübadiləsində tədqiqat işi şagirdlər tərəfindən düzgün fikir mübadiləsinə çevrilsin. Məlumatın təşkili zamanı şagirdlər öz fikirlərini, cavablarını müəllimə çatdıra bilsinlər. Nəticələrin çıxarılmasında isə müəllim məlumatları topladıqdan sonra ümumi nəticə çıxara bilsin. Biz müəllimlər dərsimizi elə qurmalıyıq ki, şagirdlərin bir-birilə əməkdaşlığını təmin etmək, şagirdlərdə müstəqil düşünmək, sərbəst fikir ortaya qoymaq, şəxsiyyəti qiymətləndirmək, natiqlik qabiliyyəti və tənqidi təfəkkürü inkişaf etdirmək bacarığı irəli çıxsın. Müasir dərsdə təbii ki, həm müəllim, həm də şagird informasiya texnologiyalarının imkanlarından lazımi səviyyədə istifadə etməyi bacarmalıdır. Bu da şagirdin öyrənmə həvəsini, yaradıcılıq təşəbbüsünü, şagirdin təhsilinə aktiv mövqeyini daha da inkişaf etdirir. Müəllim müasir metod və formaları tətbiq etməyə lazımi şərait yaratmaq üçün yardımçı olmalıdır. -Müəllim-şagird münasibəti necə qurulmalıdır? - Təlim zamanı bizə mane olan problemlərdən biri də müəllim -şagird münasibəti problemidir. Fikrimcə, şagird psixologiyasına dərindən bələd olmayan müəllim bu çətinliklə rastlaşa bilər. Bu səbəbləri aradan götürməyi bacarmasaq nəticədə təlim-tərbiyə prosesi pozulacaq. İlk öncə hər bir müəllim özündə olan boşluqları tapmalıdır ki, sonra o boşluqları doldurmağı bacara bilsin. Təlim zamanı müəllim sinifdə xoş əhvali -ruhiyyə yaratmağın öhdəsindən ustalıqla gəlməlidir. Müəllim özündə olan problemləri və şagirdlərdə olan problemləri təlim zamanı aradan qaldıra bilsə, istədiyi təlimin məqsədinə çata bilər və müasir təlim, sağlam mühit yarada bilər. Bunun da nəticəsində tədrisdən gözlədiyimiz nəticələri əldə edə bilərik- şagirdlərin auditoriya qarşısında sərbəst çıxış etmək bacarığı, öz fikirlərini qısaca ,dürüst ifadə etmək, şəxsi fikirlərini əsaslandıraraq sübut etmək, əməkdaşlıq yaratmaq və s. Müasir müəllim dedikdə isə ilk öncə yüksək intellektə sahib bir şəxsiyyət gözümüzün önündə canlanır. Müasir müəllim hər sahədə yenilikləri tətbiq etmək bacarığına malik olmalıdır. XXI əsrdə yaşayırıqsa, deməli, zəmanənin tələbləri ilə də ayaqlaşmalıyıq, yeniliklərə can atmalıyıq. İlk öncə müəllimin psixologiya, pedaqogika sahəsində yüksək biliyi olmalı, təşkilatçılıq bacarıqlarına malik olmalıdır. O müəllim yaxşı sayılır ki, şagirdlərinə daha çox bələdçi olur, onlara öyrənməyi öyrədir. Təbii ki, hər bir müəllim öz işinə məsuliyyətlə yanaşsa, təhsili istehsal sahəsi kimi yox, xidmət kimi qəbul etsə, təhsilimiz inkişaf edər, müasir təlim, müasir müəllim, müasir şagird adı altında şüarımız daim irəlidə olar və daha da inkişaf edər. Sevindirici haldır ki, son illərdə öz işini yeni təlim üsulları üzərində quran, fəal təlimi daimi iş üslubuna çevirən və öz fənni sahəsində innovativ biliklərə yiyələnmək, öz dərsini müasir dərs metodlarından istifadə etməklə keçməyə can atan müəllimlərin sayı artmaqdadır. Mən işlədiyim qısa müddət ərzində şagirdlərdə fənnimə qarşı sevgi və həvəs yaratmaqla yanaşı, həm də məktəbdə keçirdiyim ədəbi bədii gecələr, açıq dərslər, tədbirlər sayəsində çalışmışam ki, şagirdlərimdə vətənpərvərlik ruhunu daha da artırım, onlarda başqa sahələrə də maraq yarada bilim. Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Hər bir müəllim öz vətəndaşlıq borcunu bilməlidir. Çalışmalıdır ki, heç vaxt mənfi təsir altına düşməsin. Müəllim adını şərəflə uca tutmağı bacarmalıdır. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq , bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Ulu öndərimiz deyib ki, həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Biz müəllimlərin də borcu məktəbdə gənc nəslin təhsilinə, tərbiyəsinə görə əlimizdən gələn qədər səy göstərmək, cəmiyyətə, dövlətə sağlam ruhlu vətəndaşlar verməkdir. .Müəllim neçə il dərs deyirsə-desin, bütün bu müddət ərzində onun özü də öyrənməkdə davam edir; qədim latın məsəlində deyilir: ”Nə qədər ki, öyrədirik, özümüz də öyrənirik”. Müəllim təkcə elmin inkişafını izləmir, həm də öz fənnini tədris etməyi öyrənir. O, başqa müəllimlərin təcrübəsində, metodik ədəbiyyatda çətin materialı izah etmək üçün maraqlı üsullar, orijinal dərs quruluşu, dərsdə problem situasiyalar yaratmağa kömək edən suallar və s. tapır. Lakin ağıllı, düşüncəli və müşahidəçi müəllim hər şeydən əvvəl daha çox öz dərslərində öyrənir.....Təcrübəli müəllimlərdə olduqca çoxlu miqdarda müşahidələr və təcrübədə özünü doğrultmuş üsullar toplanır. Bunların sayı artdıqca müəllimin də metodiki ustalığı, məharəti artır. Məktəblilərin tədris fəaliyyətinə təlim prosesinin təşkilatçısi və rəhbəri olan müəllim başçılıq edir. Məktəbli hətta müəllimin tapşırıqlarını və məsləhətlərini müstəqil surətdə yerinə yetirdikdə də təlim prosesinə müəllimin rəhbərliyi həyata keçirilir....
”Vətəni özünə doğma bilən insanlar tərbiyə etməyi bacarırıqsa, gələcəyimizi təmin etmişik”. (S.M.Qənizadə).
Məhəmməd Peyğəmbərin belə bir kəlamı var: “Elmin bəlası unutmaqdır, elmi tələf etmək isə onu ləyaqətsiz adamlara tapşırmaqdır”. Dərsdə müəllimin canlı sözü məktəblinin şəxsiyyətinə mənəvi təsirinin ən güclu vasitələrindən biridir.Tədris vəsaitinin metodik forması necə olursa-olsun tədris prosesində ondan istifadə edilməsinin xarakterini və yerini müəllim həll edir. |
Комментариев нет:
Отправить комментарий