Azərbaycan prezidenti İlham Əliyev
Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki 124 nömrəli orta məktəbin
kollektivi və yerli ictimaiyyət nümayəndələri ilə görüşüb.
Prezident görüş zamanı təhsil sahəsində
aparılan islahatlara toxunub. “Bizim əsas istəyimiz odur ki, təhsilin
keyfiyyəti artsın. Burada, əlbəttə ki, aparılan islahatların böyük rolu
var. Bu islahatlar aparılır. Əminəm ki, yaxın gələcəkdə artıq gözəl
nəticələr də olacaq. Eyni zamanda, təhsil prosesinin keyfiyyəti çox
önəmlidir. Müəllimlərin hazırlığı burada xüsusi yer tutur. Əlbəttə ki,
uşaqlar da yaxşı oxumalıdırlar. Uşaqlar başa düşməlidirlər ki, onların
gələcəyi özlərinin əlindədir”, - deyə o vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, yaxşı
bilikli insan həyatda yaxşı iş də tapa, yaxşı dolanışıq da qura bilər,
həm də öz ölkəsinə, xalqına daha da böyük xidmət göstərmiş olar: “Ona
görə uşaqlar da bunu dərk etməli və bilməlidirlər ki, onların gələcəyi
özlərinin əlindədir. Müəllimlər isə əlbəttə ki, uşaqlara yaxşı tərbiyə
verməlidirlər. Uşaqlar, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə
almalıdırlar. Bizim gənclərimiz müstəqillik illərində formalaşır.
Müstəqilliyin üstünlüklərini hər bir insan görür. Ancaq müstəqil olan
zaman Azərbaycan xalqı, dövlətimiz sürətlə inkişaf edir. Müstəqillik
bizim ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir”.
Dünyada qloballaşma prosesinin getdiyini
deyən Azərbaycan prezidneti bunun həm mənfi, həm də müsbət tərəflərinin
olduğunu önə çəkib. “Mən çox istəyirəm ki, uşaqlarımız məhz milli ruhda
böyüsünlər, Vətənə, xalqa bağlı olsunlar. Öz milli ənənələrinə sadiq və
dəyərli vətəndaş olsunlar. Əlbəttə ki, buna nail olmaq üçün ailələrdə
və məktəblərdə tərbiyə düzgün aparılmalıdır. Belə gözəl məktəbin özü
artıq bir tərbiyə üsuludur. Çünki burada oxuyan uşaq bu gözəlliyi,
təmizliyi görəcək, uşaqlıq yaşlarından buna öyrəşəcək və gələcəkdə də öz
həyatında bu prinsipləri rəhbər tutacaq. Bir daha demək istəyirəm ki,
son 10 il ərzində 2900 məktəbin tikintisi, təmiri tarixi hadisədir. Bu
məktəblərin əksəriyyəti 1930-cu, 1940-cı, 1950-ci, 1970-ci illərdə
tikilib. Onların bir çoxu artıq bərbad, qəzalı vəziyyətdə idi. Əfsuslar
olsun ki, hələ də bölgələrimizdə qəzalı vəziyyətdə məktəblər var. Amma
onların sayı kəskin şəkildə aşağı düşür. Dövlətin gördüyü işlər,
regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, o cümlədən Bakı
və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramında bütün
məktəblərin təmiri, tikintisi nəzərdə tutulur. Proqrama görə 2016-cı ilə
qədər Bakıda məktəblərin təmiri başa çatmalıdır. Amma hesab edirəm ki,
artıq gələn il Bakıda bir dənə də olsun təmirsiz məktəb qalmayacaq”.
|
"Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır." Heydər Əliyev
İNCƏSƏNƏT GİMNAZİYASININ ibtidai sinif müəllimi ƏZİMZADƏ YAQUTUN metodik bloqu
воскресенье, 28 сентября 2014 г.
Prezidentdən müəllim və şagirdləri sevindirəcək xəbər
Подписаться на:
Сообщения (Atom)