Azərbaycan
Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı
müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il
tarixli 2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2013-2014-cü dərs
ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı
müəllim” müsabiqələrinin keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
Azərbaycan
Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin
keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın
istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin
keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral
tarixli 714 nömrəli Fərmanına uyğun olaraq, “Ən yaxşı ümumtəhsil
məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilsin.
2013-2014-cü
dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən
yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi
ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə
aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri:
Firudin Qurbanov- Azərbaycan Respublikası təhsil nazirinin müavini
Təşkilat Komitəsinin üzvləri:
Mətin Eynullayev - Təhsil Nazirliyi aparatının rəhbəri
Hüseyn Əliyev - Təhsil nazirinin müşaviri
Samir Vəliyev - Təhsil nazirinin müşaviri
Ağababa İbrahimov - Təhsil nazirinin müşaviri
Aydın Əhmədov- Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri
Fərzəli Qədirov - İnsan resursları şöbəsinin müdiri
Faiq Şahbazlı - Tədris resursları şöbəsinin müdiri
Sübhi Kazımov - Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri
Rüfət Əliyev - Pilot layihələrlə iş sektorunun müdiri
Emin Əmrullayev - Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri
Ənvər Abbasov - Təhsil Problemləri İnstitutunun direktor müavini
Müsabiqələrdə
iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan müvafiq sənədlərin
müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi
təsdiq olunsun (əlavə edilir).
Müsabiqələrin
təşkili və keçirilməsi üzrə ümumiləşdirilmiş məlumatların, təqdimat və
arayışların hazırlanması, habelə nəzərdə tutulan tədbirlərin icrası
sahəsində əlaqələndiricilik funksiyasının yerinə yetirilməsi Təşkilat
Komitəsinin üzvü, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın
Əhmədova həvalə edilsin.
İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin əlavəsi ilə birgə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
27 oktyabr 2014-cü il
№1090