Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub.
İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.)
və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır.
İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti
Əli müəllimə dəyər verərkən “Mənə bir hərf öyrədənin köləsi olaram ”
demişdi.
Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz
övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir.
Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa
Bakıxanov, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev kimi yüzlərlə nəhəng alim
və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini
vermişlər.
Bilik – insanın özü və onu əhatə edən aləm və bu aləmin
amilləri haqqında öyrəndiklərimizdir. Bilik praktiki fəaliyyət və
professional təcrübə nəticəsində alınan predmet sahəsinin
qanunauyğunluqları olub (prinsipləri, əlaqələri, qanunları), həmin
sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.
Elm — təbiət,cəmiyyət
və insan təfəkkürü haqqında obyektiv,sistemli və əsalandırılmış
biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş
insan fəaliyyət növü.
Elmi nailiyyətlərə görə alimlərə aşağıdakı beynəlxalq nüfuzlu mükafatlar verilir :
Nobel mükafatı — dünyada ən nüfuzli elmi mükafat. İldə bir dəfə dörd elm sahəsi üzrə verilir.Ona parodiya kimi Şnobel mükafatı də verilir.
Fildsov mükafatı — riyaziyyat sahəsində böyük nailiyyələrə görə. İspaniya kralı tərəfindən təqdim edilir.
Rolf Nevanlinni mükafatı — informatika nın riyazı aspektlərində böyük uğurlara görə.
Karl Fridrix Qauss mükafatı — digər elmlərdə kəşflər vasitəsi ilə riyaziyyata böyük töhvələrə görə.
Kraufurd mükafatı — mükafat aşağıdakı istiqamətlər üzrə verilir: astranomiya, riyaziyyat, bioloji elmlər, Yer haqqında elmlər.
Abel mükafatı — riyaziyyatın inkişafına töhvəyə görə.
Şao İfu mükafatı — astranomiya, riyaziyyat, tibb və həyat haqqında elmlərə verilən böyük töhvələrə görə.
Tyurinq mükafatı — hesablama texnikası asosasiyası tərəfindən informatika sahəsində veriilən mükafat.
Mixail Lomonosov adına böyük qızıl medal— Rusiya Elmlər Akademiyasının ali mükafatı.
Dmitriy Mendeleyev adına böyük qızıl medal — Rusiya Elmlər Akademiyasının kimya elmi sahəsində böyuk nailiyyətlərə görə mükafatı.
Ölkəmizdə
Bilik günü məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə
qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli
fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın
15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan
edilmişdir.
Ali
məktəbə bu il qəbul olaraq ilk dəfə universitetə gedəcək tələbələri, bu
il universiteti bitirəcək məzunları, şagird və tələbələrə dərs deyən
müəllimləri, bir sözlə təhsil sahəsində olan hər kəsi "Bilik günü"
münasibətilə təbrik edirəm.