среда, 19 ноября 2014 г.

Şagirdlərin məktəblərə qəbulu qaydaları dəyişdi


Şagirdlərin məktəblərə qəbulu qaydaları dəyişdi - RƏSMİNövbəti ilin fevral ayından etibarən Bakıda şagirdlərin məktəblərə qəbulu elektron qaydada həyata keçiriləcək.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verır ki, bunun üçün məktəb seçimi elektron qaydada valideyn tərəfindən, müəllim seçimi isə xüsusi proqram vasitəsilə həyata keçiriləcək.

Bununla valideynlərin məktəb seçimi və qeydiyyatı prosesi asanlaşdırılacaq və yarana biləcək mənfi halların qarşısı alınacaq.

суббота, 8 ноября 2014 г.


Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti  
 hökumətinin qərarı ilə qəbul edilmişdir

 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan da bu bayraqdan imtina edilmişdirAzərbaycan Respublikasnın Qanununda qeyd edilir: Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim. (B.Vahabzadə)

Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr tikilib bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm simvolik məna daşıyır..

Qırmızı rəng  müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edirQırmızı rəngin üzərində ortada aypara səkkizguşəli ulduzun təsviri verilib.

Yaşıl rəng  islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir.
Bayrağımızın əsas ideyası belədir:

Azərbaycan Respublikası dünyada demokratiyaya,türklüyə və islamlığa rəğbət göstərən dünyəvi dövlət kimi inkişaf edir.
        Azərbaycan Respublikasının Dövlət bayrağı eni bəraber olan üç rıngli, üc üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.


Bizim dövlətimiz üçrəngli bayrağımızı əziz tutaraq noyabr ayının 9-nu Bayraq günü kimi qeyd edir. 







пятница, 7 ноября 2014 г.

Direktor müavini işləmək istəyənlərin nəzərinə!

Ümumtəhsil məktəblərində təlim – tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müsabiqə keçirilir.
FaktXəbər-in verduyu məlumata görə, pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili, ən azı 3 il pedaqoji stajı olanlar təlim-tərbiyə işləri üzrə direktor müavini, ali pedaqoji təhsili, təlim - tərbiyə sahəsində 3 il iş stajı olanlar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), ali və ya orta ixtisas təhsili olanlar (iş stajına tələb qoyulmadan) isə laborantlar üçün təşkil olunan müsabiqədə iştirak edə bilərlər.
Qeyd edək ki, müsabiqə 3 mərhələdən ibarət olacaq. I mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər 17 - 24 noyabr tarixlərində bakuedu.az saytında qeydiyyatdan keçə bilərlər.
Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbulla əlaqədar BŞTİ – nin təşkil etdiyi müsabiqədə iştirak etmək istəyənlər üçün lazım olan sənədlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. Ali təhsili və ya orta ixtisas təhsili başa vurması barədə diplomun surəti
3. Əmək kitabçasının surəti (laborantlar üçün ancaq olduğu halda)
Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra II mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər üçün imtahan təşkil olunacaq, imtahandan uğurla keçən namizədlər isə III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək.
Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ – nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin işlə təmin olunacaqları nəzərdə tutulur.

воскресенье, 2 ноября 2014 г.

Gənclər siyasəti üzrə birinci qlobal forum

Oktyabrın 29-da Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Forumun açılışında çıxış edən Prezident İlham Əliyev təhsillə bağlı maraqlı fikirlər səsləndirib: 
"Bizim üçün mühüm prioritetlərdən biri də təhsildir. Fərəhlənirik ki, Azərbaycanda savadlılıq səviyyəsi demək olar ki, yüz faiz təmin edilib. Gənclər siyasətinə gəldikdə, həmçinin olduqca mükəmməl qanunvericilik bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı iki Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu yaxınlarda biz Gənclər Fondunu yaratmışıq. Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə təqdim etməyə şərait yaradır. Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan layihələr üzərində işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verməyə yardım edir.
Təhsil və savadlılıq məsələlərinə toxundum. Həmçinin bildirmək istəyirəm ki, təhsil də hökumətimiz üçün əsas prioritetlərdən biridir. Çünki biz tamamilə əminik ki, yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına kömək edə bilərlər. Əgər dünyada inkişaf etmiş ölkələrin keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər yetirsək, görərik ki, uğurlu inkişafın əsas vasitələri enerji sərvətləri, mineral ehtiyatlar, neft və qaz yox, məhz təhsil, elm və texnoloji yeniliklərdir. Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir. Bütövlükdə bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır. Buna görə də təhsil Azərbaycanda prioritetlərdən biridir. Hesab edirik ki, beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edərək biz daha böyük nailiyyətlər qazana bilərik. Bu səbəbdən uzun illər ərzində hökumətimiz gənc nəsillərimiz üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Bu il təqribən 40 milyon avroya yaxın vəsait gənclərimizin xaricdə təhsili üçün sərf edilib. Eyni zamanda, biz Azərbaycanda təhsilin səviyyəsini artırmaq üçün bu sahəyə böyük sərmayələr yatırırıq və universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında beynəlxalq əlaqələri daha da artırmağa çalışırıq.
Biz bu siyasətin faydasını görürük. Bu gün Azərbaycanın gənc nəsli yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edir".

пятница, 31 октября 2014 г.

Təhsil Nazirliyinin yeni layihəsində ilk addımlar atılı

Ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsini artırmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxtın 89 ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupları artıq fəaliyyətə başlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin verdiyi məlumata görə, oktyabrın 15-dən mayın 25-dək davam edəcək, həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.

Qeyd edək ki, artıq 89 məktəbdə 135 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb. Burada uşaqlarla məşğələləri aparan təcrübəli, bacarıqlı, intellektual, müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərən ibtidai sinif müəllimləri həmçinin xüsusi təlim keçiblər.

2015-ci il dekabrın 31-dək 6 yaşı tamam olan uşaqların təhsil aldıqları məktəbəhazırlıq qrupları ödənişli əsaslarla aparılır və onun aylıq qiyməti 40 AZN təşkil edir. Bu proses valideynlə məktəb arasında bağlanan ikitərəfli müqavilə əsasında ödəniş haqqının təhsil müəssisəsinin bank hesabına köçürülməsi ilə həyata keçirilir. Hazırlıq qrupunu bitirən uşağa sonda rəsmi sənəd - arayış veriləcəkdir.
Verilən məlumatda o da qeyd olunurdu ki, müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında başlaya bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə qruplar təşkil oluna bilər. Qruplar təşkil olunduğu halda yanvar ayının 10-dan başlayaraq iyun ayının sonunadək davam edəcəkdir.

Bəs görəsən layihəni həyata keçirmək uçün müəyyənləşdirilmiş məktəblərdə bu iş necə təşkil olunur? Təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün nə kimi işlər görülüb? Bu məqsədlə paytaxtın bir neçə məktəbində olduq.

Bu qruplar uşaqların məktəbə daha tez adaptasiyasına kömək edəcək
Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə artıq bir neçə gündür ki, məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Azərbaycan bölməsində 13, rus bölməsində 15 usaq olmaqla bütövlükdə 28 uşaq burada məşğul olur. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Elmira İbrahimova ilə həmin qruplarda olduq. Hər iki qrupda uşaqların rahat məşğul olmaları üçün hər cür imkan yaradılıb. Uşaqlarla məşğul olanlar müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş, təcrübəli, peşəkar ibtidai sinif müəllimləri Pərvanə Qasımova və Rəna Nəsirovadır. Müəllimlər bu qrupların məhz təhsil müəssisəsində açılmasının uşaqların məktəbə daha tez adaptasiya olunmasında, onların sosiallaşmasında əhəmiyyətli rol oynayacağını bildirdilər.

Məktəbdə bu qrupların fəaliyyəti xüsusi diqqətdə saxlanılır

Olduğumuz digər təhsil müəssisəsində - İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə də məktəbəhazırlıq qruplarının fəaliyyətinin xüsusi diqqətdə saxlanıldığının şahidi olduq. Məktəbin direktoru Firəngiz Həmidova bizi həmin qruplarla tanış etdi. Təhsil ocağında məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı zəruri təşkilati işlər görülüb. Fəaliyyət göstərən 3 məktəbəhazırlıq qruplarında bir rus və 2 Azərbaycan bölməsi olmaqla 42 usaq məşğul olur və həmin məşğələlər dərs cədvəlinə uyğun olaraq həftənin I, II, IV və V günləri aparılır. Məktəbin təcrübəli, peşəkar və müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimləri bu qruplara cəlb olunub.

Direktor məktəbəhazırlıq qruplarının uşaqların kollektivçiliyə, digər həmyaşıdları ilə birgə məşğul olmağa öyrəşməsində, məktəb həyatına müəyyən qədər hazır olmasında əhəmiyyətli rol oynadığını söyləyərək bir təhsil işçisi kimi Təhsil Nazirliyi tərəfindən belə bir layihənin həyata keçirilməsini məktəbəqədər təhsilin inkişafında uğurlu bir addım kimi qiymətləndirdi.

Qrupların açılması valideynləri müəyyən problemlərdən azad edib

Mirzə Xosrov Axundzadə adına 102 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün lazımi avadanlıqlarla təchiz olunan iki kabinet ayrılıb. Məktəbin direktoru Mailə İsmayılova təhsil müssisəsində 2 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərdiyini, onlardan birinin rus, digərinin isə Azərbaycan bölməsi olmaqla ümumilikdə 30 uşağın burada məşğul olduğunu bildirdi. Məktəbdə bu qrupların fəaliyyəti ilə bağlı bütün təşkilati işlərin görüldüyünü, valideynlərlə məktəb arasında ikitərəfli müqavilələrin bağlanıldığını söyləyən direktor həmin qruplarda müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş, təcrübəli, bacarıqlı ibtidai sinif müəllimlərindən olan Sevinc Güləlizadənin və Məlahət Məmmədovanın məşğələ apardığını söylədi. Həftədə 4 gün 3 saat olmaqla keçirilən məşğələlərdə uşaqların ətraf aləmlə tanışlığı təmin olunur, onların nitqinin, bədii, məntiqi və sadə riyazi təfəkkürünün, həmçinin təsviri fəaliyyətinin, musiqi və fiziki mədəniyyətinin inkişafı ilə bağlı müəyyən işlər aparılır. Hər iki müəllimin uşaqlarla apardığı məşğələlərdə iştirak etdik. Məktəbəhazırlıqla bağlı xüsusi təlim keçən müəllimlər "Məktəbəqədər təhsil müəssisələri üçün təlim materiallarının təxmini planlaşdırılması ( metodik tövsiyə)", "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu) 3-6 yaş" və digər tövsiyə olunan kitablardan istifadə edirdilər. Məşğələlərdə uşaqların fəallığı xüsusi hiss olunurdu.

Məktəbin direktoru Mailə İsmayılova məktəbəhazırlıq qruplarının açılmasının təqdirəlayiq olduğunu deyərək hazırlıq qruplarının fəaliyyət göstərməsinin xüsusilə valideynləri müəyyən problemlərdən azad etdiyini bildirdi. Belə ki, onsuz da valideynlər uşaqlarını müəyyən bir bəlli yaşdan sonra müxtəlif məktəbəhazırlıq kurslarına qoymağı düşünürlər. Bu zaman oradakı təhsil haqqı heç də əksər valideynlərin cibinə uyğun olmadığı üçün ancaq müəyyən bir təbəqə həmin xidmətlərdən istifadə edə bilirdi. Bəzən isə yolun uzaqlığı və ya müxtəlif adlar altında fəaliyyət göstərən məktəbəqədər hazırlıq kurslarında uşaqların çox yüklənməsi də valideynləri narahat edirdi. Valideynlər məhz məktəbdə məktəbəhazırlıq qruplarının açılmasından, məşğələlərin təcrübəli ibtidai sinif müəllimləri tərəfindən aparılmasından və xidmət haqqının onlar üçün münasib olmasından olduqca razıdırlar."Azərbaycan müəllimi"









среда, 29 октября 2014 г.

2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri


Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli 2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi məqsədilə
  
ƏMR EDİRƏM:
 
Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanına uyğun olaraq, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilsin.
2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
 
Təşkilat Komitəsinin sədri:
 
Firudin Qurbanov- Azərbaycan Respublikası təhsil nazirinin müavini
 
 
Təşkilat Komitəsinin üzvləri:
 
Mətin Eynullayev  - Təhsil Nazirliyi aparatının rəhbəri
Hüseyn Əliyev  - Təhsil nazirinin müşaviri                               
Samir Vəliyev  - Təhsil nazirinin müşaviri                               
Ağababa İbrahimov - Təhsil nazirinin müşaviri
Aydın Əhmədov- Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri
Fərzəli Qədirov - İnsan resursları şöbəsinin müdiri
Faiq Şahbazlı - Tədris resursları şöbəsinin müdiri
Sübhi Kazımov  - Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri                                 
Rüfət Əliyev  - Pilot layihələrlə iş sektorunun müdiri
Emin Əmrullayev - Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri
Ənvər Abbasov - Təhsil Problemləri İnstitutunun direktor müavini
 
Müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan müvafiq sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunsun (əlavə edilir).
Müsabiqələrin təşkili və keçirilməsi üzrə ümumiləşdirilmiş məlumatların, təqdimat və arayışların hazırlanması, habelə nəzərdə tutulan tədbirlərin icrası sahəsində əlaqələndiricilik funksiyasının yerinə yetirilməsi Təşkilat Komitəsinin üzvü, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədova həvalə edilsin.
İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin əlavəsi ilə birgə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
27 oktyabr 2014-cü il
№1090