пятница, 16 января 2015 г.

Prezident İlham Əliyev sərəncam verdi- müəllimlərin maaşları artdı


16 Yanvar 2015 [17:49]
Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncam ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə verilib.


Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Nazirlər Kabineti tapşırılıb:

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bu sərəncamın 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

вторник, 6 января 2015 г.

“ Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsi

Əziz müəllimlər,

“ Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsi elan edir və sizi fəal iştirak etməklə öz bilik və bacarıqlarınızı nümayiş etdirməyə səsləyirik.
Təşkilatçı: "Edumedia-Azərbaycan" MMC
Müsabiqənin məqsədi:
İnteraktiv ActivBoard lövhələri də daxil olmaqla İnformasiya və Kommunikasiya texnologiyalarının və vizual alətlərin təhsil müəssisələrində istifadəsinin təbliği və ActivInspire proqramında hazırlanmış resurslarının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, elektron resursların təhsil müəssisələrində istifadəsi ilə tanışlıqdan ibarətdir.
Nominasiyalar
Müsabiqə aşağıdakı nominasiya və həmin nominasiyanın adı altında üç qrup üzrə keçirilir:
Müasir məktəbdə Activİnspire proqramı ilə hazırlanmış  tədris resursları
I. I-IV siniflər üçün hazırlanmış ən yaxşı resurs ( 3 yer)
II. V-XI siniflər üçün  hazırlanmış ən yaxşı resurs ( 3 yer)
III. Ən yaxşı təlimçi işi ( 3 yer)
İştirakçıların vəzifəsi:
Məktəb kursunun bir və ya bir neçə mövzusunu əhatə edən və ActivInspire proqramının köməkliyi ilə elektron materiallardan (interaktiv plakatlar, tədris modulları, vizual modellər) hazırlanmış (müəllif hüquqları qorunur) və metodiki şərhlə əsaslandırılmış didaktik material təqdim etməkdən ibarətdir.

Müsabiqənin  keçrilmə müddəti:
Resursların qəbulu- 7 yanvar  - 15 fevral, 2015
Münsiflər heyətinin işi- 16 fevral  – 1 mart, 2015
Nəticələrin elan edilməsi- 2 mart, 2015, "Edumedia-Azərbaycan" və "Promethean Planet"-nın internet səhifəsində
Mükafatlandırma tədbiri - 16 mart, 2015

Müsabiqə haqqında əlavə məlumat  Əsasnamə

Ərizə  forması
Bütün suallara cavablar müsabiqə portalında və bir başa office@edumedia.az email ünvanına yazmaqla əldə oluna bilər.

Sizə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

"Edumedia-Azərbaycan" və "Promethean Planet"-in əməkdaşları

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Contest  on "Promethean interactive boards'  application in education"

Dear teachers,

We are pleased to announce the launch of the Contest  on "Promethean interactive boards' application in education".

Contest organizer: "Edumedia-Azerbaijan" LLC

The purpose of the contest:

It consists of the popularization of the use of information and communication technologies and visualization tools, including interactive whiteboard in the practice of educational institutions, to give support to the use of methodological resources in the implementation of the educational process by using ActivInspire, and familiarity with the use of electronic resources in education.

Nominations

Under the following nomination the contest is held in three groups:

Methodological resources prepared by the using of ActivInspire program in the modern school

I. the best works from I-IV grades ( 3 places)
II. the best works from V-XI grades ( 3 places)
III. the best works from trainers ( 3 places)
Applicants' task:
It consists of  providing of electron resources (interactive posters, taught modules, visual models) prepared by the usuing of ActivInspire program which covers one or few subjects of the school curriculum and presenting methodically teaching materials with a reasonable explanation.

Dates:

- Reception of  materials - from  January 7 to 15 February, 2014
- The Jury - from February 16 to March 1, 2014
- Publication of the results on March 2
-Award ceremony - on March 16

More about competition in the Terms and Conditions
Application form
All questions can be asked on the forum of the competition or email office@edumedia.az

We wish you success and inspiration!
Kind regards,

"Edumedia-Azerbaijan" team and Promethean Planet

Məktəblilərin və valideynlərin nəzərinə

Məktəblilərin və valideynlərin  nəzərinə

 Bu gündən  Azərbaycanın bütün orta məktəblərində cari tədris ilinin ikinci yarım ili başlayır.

Məktəblərdə ikinci yarımil 6 yanvardan 31 mayadək davam edəcək.

Dərs ili ərzində şagirdlər üçün qış tətili 30 dekabr – 5 yanvar (7 gün) tarixlərini əhatə edir. İkinci yarım il ərzində I sinif şagirdləri üçün əlavə tətil 12–17 fevral (6 gün), yaz tətili isə 17–24 mart (8 gün) tarixlərində olacaq.

Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib.

Dəyişikliyə əsasən növbəti tədris ili sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək.

Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək

понедельник, 5 января 2015 г.

V “Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən V “Elektron Təhsil” Respublika müsabiqəsinin qalib və fərqlənənləri elan edildi


“Milli elektron tədris resurslarının yaradılması” nominasiyası üzrə
I yer Məmmədov Nizami Xaliq oğlu (Bakı şəhər, Təhsil və Zaman qəzetində işçi)
II yer Ağayev Sərvət Tacı oğlu (Göyçay rayonu, Qarayazı kənd orta məktəbin  müəllimi)
III yer isə Cəfərova Esmira Nuruş qızı (Şirvan şəhər, 20 №-li tam orta məktəbin müəllimi) layiq görülmüşdür    
“Elektron lövhələrin istifadəsi ilə qurulan ən yaxşı dərs modeli”  nominasiyası üzrə
I yer Dadaşova  Fidan Mahir qızı (Bakı şəhər, 261 №-li məktəb-liseyin müəllimi)
II yer Hacıyeva İlhamə Aydın qızı (Bakı şəhər, Avropa liseyinin müəllimi)
III yer Bağırova Aynurə Alim qızı (Bakı şəhər, 24 № məktəbin müəllimi) layiq görülmüşlər
“Onlayn vasitələrdən (veb 2.0, sosial servislər və s.) istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” nominasiyası üzrə
I yer Qəribova Şəhla Heybət qızı (Şamaxı rayonu, 10 №-li tam orta məktəbin müəllimi)
II yer Cəfərzadə Gülgün Baloğlan qızı (İmişli rayonu, 5 №-li tam orta məktəbin müəllimi)
III yer Hacıyeva Raifə Fazil qızı və Allahverdiyeva Günel İslam qızı (İmişli rayonu R. Alışov adına Bəhrəmtəpə qəsəbə tam orta və Hacalmuradlı kənd Q. Tarvediyev adına tam orta məktəblərin  müəllimləri) layiq görülmüşlər
“Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” nominasiyası üzrə
I yer Quliyeva Xəyalə Xeyrullah qızı (Sumqayit şəhər, 29 №-li tam orta məktəbin müəllimi )
II yer Əliyeva Könül İsa qızı (Zaqatala rayonu, Tala 5 №-li tam orta məktəbin müəllimi)
III yer isə Quliyeva Nurlan Səəddin qızı (Göygöl rayonu, Üçtəpə kənd orta məktəbin müəllimi) layiq görülmüşdür                
“1 şagird : 1 kompüter modelində ən uğurlu dərs” nominasiyası üzrə
I yer Məhərrəmova Sevinc Nəriman qızı (Bakı şəhər, "Ankara məktəbi" məktəb-liseyin müəllimi)
II yer Musayeva Nərmin Əsəd qızı (Şəki şəhər, 5 №-li tam orta məktəbin müəllimi)
III yer isə Muradlı Çingiz Məzahir oğlu (İsmayıllı şəhər, 3 №-li tam orta məktəbin müəllimi) layiq görülmüşdür                
“Müəllimlərin bloqları”  nominasiyası üzrə

I yer Əhmədova Aliyə Fərman qızı (Sumqayıt şəhər, İ. Qayıbov adına 1 №-li tam orta məktəbin müəllimi )
II yer Ramazanov Vasif Ağalar oğlu (Sumqayıt şəhər, Fars-ingilis dilləri təmayüllü tam orta internat məktəbin müəllimi)
III yer isə Sadıqova Esmira Elman qızı (Şəki şəhər, 11 №-li tam orta məktəbin müəllimi) layiq görülmüşdür                  
“Təhsildə İnternet resurslar” nominasiyası üzrə 
I yer Əliyev Hamlet Qasım oğlu (Bakı şəhər, “Modern Məktəbi”n müəllimi)
II yer Fərəcova Gülçöhrə Əsgər qızı (İsmayıllı rayonu, 6 №-li tam orta məktəbin müəllimi)
III yer isə Əhmədov Əzizağa Fəyyaz oğlu (Ucar rayonu) layiq görülmüşdür                  
Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunmuşdur.

V “ELEKTRON TƏHSIL” RESPUBLİKA MÜSABIQƏSİNDƏ FƏRQLƏNƏNLƏRİN SİYAHISI

Milli elektron tədris resurslarının yaradılması (I nominasiya):
  • Rəna Oqtay Quliyeva
  • Leyla Bəhman Bayramova
  • İmran Allahverdi Verdiyev
  • Nəzmiyyə Nadir Mehdiyeva
  • Aynurə Qurban Dadaşova
  • Sənubər Əbdulrəhim Məmmədova
  • Kəmalə Namiq Qaziyeva
  • Ruhiyyə İbrahim Ağayeva
  • Rauf Hünbət Əsədov
  • Xanim Cəbrayil Əliyeva 
  • Şəlalə Telman Həsənova
  • Zenfira Haqverdi Babayeva
  • Aydın Əliyev Camadin
  • Gültəkin Məmmədova Əkbər
Müasir məktəbdə elektron tədris resursları Elektron lövhələrin istifadəsi ilə qurulan ən yaxşı dərs modeli (II nominasiya):
  • Pərvin Faqət Səfiyarova
  • Ülviyyə Ələsgər İsmayılova
  • Sevda Zülfəli Şükürova
  • Elçin Saleh Atakişiyev
  • Nərgiz Kərim Məmmədova
  • Günay Hidayət Çəndirli
  • Ruhəngiz Adil Süleymanova
  • Gülnarə Həsən İbrahimova
  • Rəna Məhəmməd Ağayeva
  • İlahə Ramiz Mehdizadə
  • Yaqut Mustafa Əzimzadə
  • Zeynəb Heybət İsmayılova
  • Mahirə Əfsər Nuriyeva
  • Nailə Cəfərova   Sabir
Müasir məktəbdə elektron tədris resursları Onlayn vasitələrdən (veb 2.0, sosial servislər və s.) istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi (III nominasiya):
  • Ülfət Rahim İsfəndiyarov
  • Natavan Hicrət Feyzullayeva
  • Çinarə Höccətulla Məmmədova
Müasir məktəbdə elektron tədris resursları Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi (IV nominasiya):
  • Aytən Vəliyeva Vyaçeslav
  • Sahidə Çingiz Zülalova
Müasir məktəbdə elektron tədris resursları “1 şagird : 1 kompüter” modelində ən uğurlu dərs (V nominasiya):
  • Natəvan Əmrah Mustafayeva
  • Pərvanə Pənah Cəfərova
  • Hidayət Fehruz Allahverdi
Təhsildə internet texnologiyaları Müəllimlərin bloqları (VI nominasiya):
  • Arzu Ramiz Hüseynova
  • Seyran Heydər Əliyev
  • Sevda Həbibullah Sadiqova
  • Gülnar Gündüz Vəliyeva
  • Məmmədova İradə Rüstəm
  • Şirincan Əvəz Məmmədova
  • Gülnar Seyran Ağayeva
Təhsildə internet texnologiyaları Təhsildə internet resurslar (VII nominasiya):
  • Mətanət Elçin Kərimova
  • Yusif Aqşin İbrahimov
  • Aysel Məhəmməd Mustafayeva
  • Aygün Nəsrulla Hüseynova

 

пятница, 26 декабря 2014 г.

V “Elektron Təhsil” Respublika müsabiqəsi

Dekabrın 26-da Təhsil Nazirliyi tərəfindən keçirilən V “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, rayon təhsil şöbələrinin rəsmiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov artıq 5-ci ildir keçirilən müsabiqəyə marağın böyük olduğunu bildirib. Ümumilikdə 1104 layihənin təqdim olunduğu müsabiqənin rəsmi internet səhifəsində (www.musabiqe.edu.az) qeydiyyatdan keçmiş 6930 müəllim, 1877 tələbə, 5349 şagird və 638 valideyn layihələrin onlayn müzakirəsində iştirak edib.
Müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqə 3 əsas istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Son nəticədə 21 nəfər qalib elan olunub. 47 nəfərin işi isə fərqləndirilib.
Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub. Fərqlənən iştirakçılara da müxtəlif hədiyyələr verilib.
Müsabiqənin keçirilməsinə “AZEDUNET”, “Edumedia”, “Ultra”, “Mədəd Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Nar Mobile” və “Dr.Web” şirkətləri sponsorluq edib.





среда, 24 декабря 2014 г.

Doğum gününüz mübarək, Əziz Prezidentimiz İlham Əliyev!

Bu gün Əziz Prezidentimiz  İlham Əliyevin doğum günüdür.  
 İlham Heydər oğlu Əliyevin 53 yaşı tamam olur.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub.
MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub.
1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib.
1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
2004-cü ilin aprelində AŞ PA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞ PA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 % səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı var.

Prezident İlham Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adların bəzilərini aşağıdakıları əhatə edir: Heydər Əliyev ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Rumıniya Ulduzu Ordeni (Rumıniya), Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf Ordeni (Gürcüstan), "Şərəf Legionunun Böyük Xaçı" Ordeni (Fransa), Şeyxülislam Ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav Kilsəsinin "Prepodobnıy Serqiy Radonejskiy" birinci dərəcəli Ordeni, "Böyük Kordon" Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının "Şərəf Ordeni", FİLA-nın Şərəf Zalının ən yüksək "İdman Əfsanəsi" ordeni, Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Xaç ordeni (Polşa), I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (Ukrayna), "Mübarək əl-Kəbir" ordeni (Küveyt Dövləti), Yunanıstan parlamentinin Qızıl medalı (Yunanıstan), Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı, "Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsi, "Stara Planina" ordeni (Bolqarıstan).

Linkoln Universitetinin Fəxri Doktoru (ABŞ), Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru, L.N.Qumilyov - Avrasiya Milli Universitetin Professoru (Qazaxıstan), Bilkənt Universitetinin Fəxri Doktoru (Türkiyə), Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru (Ukrayna), Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru (Rumıniya), Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru (Bolqarıstan), Kyung Hee Universitetinin Fəxri Doktoru (Cənubi Koreya), İordaniya Universitetinin Fəxri Doktoru (İordaniya), Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Macarıstan), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru (Rusiya Federasiyası), Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru (Ukrayna), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru (Türkmənistan Respublikası), Bakı Dövlət Universitetinin Fəxri doktoru (Azərbaycan), Belarus Dövlət Universitetinin Fəxri professoru (Belarus Respublikası).
 
O, ölkəmizin simasıdır. Məhz, bu gün onun gərgin əməyi nəticəsində Azərbaycan hazırkı qüdrətinə çatıb. Cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona daha böyük uğurlar,  bir ömür boyu davam edən xoşbəxtlik , can sağlığı  ailə səadəti  və ali vəzifələrinizin yerinə yetirilməsində yeni nailiyyətlər arzu edirəm! 
Təbriklər Ali Baş Komandan . Arzu edirəm  ki, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə həmişə uğurla çalışasınız!
Siz dövlət başçısı olaraq mərhum Prezident Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirir, Azərbaycan Respublikasının sabit siyasi, iqtisadi və sosial inkişafının təmin olunması işinə sanballı töhfələr verirsiniz.

Var olun, cənab Prezident! Yaxşı ki, varsınız! Doğum gününüz mübarək!