понедельник, 2 февраля 2015 г.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi


Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün “Təməl” təqaüd proqramı təklif edir.
Müsabiqə əsasında seçiləcək müəllimlər “Təməl” təqaüd proqramı çərçivəsində yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqlar. 16 həftəlik təlim kursunda iştirakçılar yaş fiziologiyası və psixologiyası, ibtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri, pedaqoji ustalıq praktikumu və İKT savadlılığı mövzularında yeni yanaşmalarla tanış olacaqlar.
Təlim keçənlər yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş iştirakçılara sertifikat və təlim resursları təqdim olunacaq.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini “Təməl” Təqaüd proqramında iştirak etməyə dəvət edir.
(http://edu.gov.az/view.php?lang=az&menu=228&id=10007)

суббота, 17 января 2015 г.

Qanli “20 YANVAR”

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.

пятница, 16 января 2015 г.

Prezident İlham Əliyev sərəncam verdi- müəllimlərin maaşları artdı


16 Yanvar 2015 [17:49]
Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncam ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə verilib.


Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Nazirlər Kabineti tapşırılıb:

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bu sərəncamın 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

вторник, 6 января 2015 г.

“ Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsi

Əziz müəllimlər,

“ Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsi elan edir və sizi fəal iştirak etməklə öz bilik və bacarıqlarınızı nümayiş etdirməyə səsləyirik.
Təşkilatçı: "Edumedia-Azərbaycan" MMC
Müsabiqənin məqsədi:
İnteraktiv ActivBoard lövhələri də daxil olmaqla İnformasiya və Kommunikasiya texnologiyalarının və vizual alətlərin təhsil müəssisələrində istifadəsinin təbliği və ActivInspire proqramında hazırlanmış resurslarının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, elektron resursların təhsil müəssisələrində istifadəsi ilə tanışlıqdan ibarətdir.
Nominasiyalar
Müsabiqə aşağıdakı nominasiya və həmin nominasiyanın adı altında üç qrup üzrə keçirilir:
Müasir məktəbdə Activİnspire proqramı ilə hazırlanmış  tədris resursları
I. I-IV siniflər üçün hazırlanmış ən yaxşı resurs ( 3 yer)
II. V-XI siniflər üçün  hazırlanmış ən yaxşı resurs ( 3 yer)
III. Ən yaxşı təlimçi işi ( 3 yer)
İştirakçıların vəzifəsi:
Məktəb kursunun bir və ya bir neçə mövzusunu əhatə edən və ActivInspire proqramının köməkliyi ilə elektron materiallardan (interaktiv plakatlar, tədris modulları, vizual modellər) hazırlanmış (müəllif hüquqları qorunur) və metodiki şərhlə əsaslandırılmış didaktik material təqdim etməkdən ibarətdir.

Müsabiqənin  keçrilmə müddəti:
Resursların qəbulu- 7 yanvar  - 15 fevral, 2015
Münsiflər heyətinin işi- 16 fevral  – 1 mart, 2015
Nəticələrin elan edilməsi- 2 mart, 2015, "Edumedia-Azərbaycan" və "Promethean Planet"-nın internet səhifəsində
Mükafatlandırma tədbiri - 16 mart, 2015

Müsabiqə haqqında əlavə məlumat  Əsasnamə

Ərizə  forması
Bütün suallara cavablar müsabiqə portalında və bir başa office@edumedia.az email ünvanına yazmaqla əldə oluna bilər.

Sizə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

"Edumedia-Azərbaycan" və "Promethean Planet"-in əməkdaşları

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Contest  on "Promethean interactive boards'  application in education"

Dear teachers,

We are pleased to announce the launch of the Contest  on "Promethean interactive boards' application in education".

Contest organizer: "Edumedia-Azerbaijan" LLC

The purpose of the contest:

It consists of the popularization of the use of information and communication technologies and visualization tools, including interactive whiteboard in the practice of educational institutions, to give support to the use of methodological resources in the implementation of the educational process by using ActivInspire, and familiarity with the use of electronic resources in education.

Nominations

Under the following nomination the contest is held in three groups:

Methodological resources prepared by the using of ActivInspire program in the modern school

I. the best works from I-IV grades ( 3 places)
II. the best works from V-XI grades ( 3 places)
III. the best works from trainers ( 3 places)
Applicants' task:
It consists of  providing of electron resources (interactive posters, taught modules, visual models) prepared by the usuing of ActivInspire program which covers one or few subjects of the school curriculum and presenting methodically teaching materials with a reasonable explanation.

Dates:

- Reception of  materials - from  January 7 to 15 February, 2014
- The Jury - from February 16 to March 1, 2014
- Publication of the results on March 2
-Award ceremony - on March 16

More about competition in the Terms and Conditions
Application form
All questions can be asked on the forum of the competition or email office@edumedia.az

We wish you success and inspiration!
Kind regards,

"Edumedia-Azerbaijan" team and Promethean Planet

Məktəblilərin və valideynlərin nəzərinə

Məktəblilərin və valideynlərin  nəzərinə

 Bu gündən  Azərbaycanın bütün orta məktəblərində cari tədris ilinin ikinci yarım ili başlayır.

Məktəblərdə ikinci yarımil 6 yanvardan 31 mayadək davam edəcək.

Dərs ili ərzində şagirdlər üçün qış tətili 30 dekabr – 5 yanvar (7 gün) tarixlərini əhatə edir. İkinci yarım il ərzində I sinif şagirdləri üçün əlavə tətil 12–17 fevral (6 gün), yaz tətili isə 17–24 mart (8 gün) tarixlərində olacaq.

Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib.

Dəyişikliyə əsasən növbəti tədris ili sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək.

Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək