вторник, 17 марта 2015 г.

Təhsil Problemləri İnstitutunda öyrədici seminar

16-3-2015 // saat: 20:41 
 













Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda doktorant və dissertantlar üçün öyrədici seminar təşkil olunmuşdur. Seminarda Təhsil Problemləri İnstitutunun doktorant və dissertantları iştirak etmişlər. Məruzəçi Təhsil Problemləri İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri, Pedaqogika və Psixologiya elmləri üzrə Elmi Şuranın sədri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov olmuşdur.
Seminarı giriş sözü ilə institutun direktor müavini Ənvər Abbasov açmışdır. O, çıxış edərək tədqiqat işi aparmağın xüsusiyyətlərindən danışmış, bu işin məsuliyyətindən bəhs etmişdir.
Daha sonra professor İntiqam Cəbrayılov “Dissertasiyanın strukturunun müəyyənləşdirilməsi və ona verilən tələblər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi dissertasiya işinin strukturu, xüsusiyyətləri, yazılma qaydaları ilə gənc tədqiqatçıları tanış etmiş, tədqiqat işini həyata keçirməyin və uğurlu nəticəyə nail olmağın yolları haqqında onları məlumatlandırmışdır. Məruzə zamanı iştirakçılar onları maraqlandıran suallarla məruzəçiyə müraciət etmiş və ətraflı məlumat almışlar.
Olduqca səmərəli olan seminar öyrədici xarakter daşımaqla, doktorant və dissertantları maraqlandıran məsələlərə aydınlıq gətirmişdir.
 









понедельник, 16 марта 2015 г.

Təhsil İdarəsi valideynlərə müraciət etd

16 Mart 2015 - 14:26   
Martın 15-dən etibarən  valideynlər (və ya qanuni nümayəndə) Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri ilə yanaşı? elektron sistem vasitəsilə qəbulu müsabiqə əsasında aparılan müəssisələr, lisey və gimnaziyalara da müraciət edə bilirlər.

Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.

Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdir.

Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı  www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara almışdır.

Valideynlər aşağıda adları qeyd edilən lisey və gimnaziyalara elektron müraciət edə bilərlər:

1.     “Ankara məktəbi” məktəb lisey
2.     BSU Məktəb Lisey Kompleksi
3.     Bülbül adına orta ixtisas musiqi məktəbi
4.     Bakı Avropa  liseyi
5.     Heydər Əliyev adına lisey
6.     T.İsmayılov adına 6 nömrəli məktəb-lisey
7.     İ.Hacıyeva adına “Tərəqqi” liseyi
8.     132-134 nömrəli təhsil kompleksi
9.     İ.Əfəndiyev adına Elitar Gimnaziya
10.“Zəngi” liseyi
11. Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət gimnaziyası
12. Humanitar Fənlər təmayüllü məktəb-lisey
13. 23 nömrəli tam orta məktəb
14. 287 nömrəli Zəkalar liseyi
15. 291 nömrəli Ekologiya liseyi
16. 160 nömrəli Klassik Gimnaziya

понедельник, 9 марта 2015 г.

8 Mart Beynəlxalq Qadınlar Günüdür

8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.

İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.

1909-cu ildə isə Avropadaki qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.

1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında  qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.


1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Bayramınız mübarək