четверг, 12 ноября 2015 г.

12 Noyabr - Konstitusiya günüdür


Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.
1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.




воскресенье, 8 ноября 2015 г.

Bayraq Bayramınız Mübarək!


      ÜÇRƏNGLİ BAYRAĞIMIZIN SİMVOLLARI
1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi, bununla Şərqdə ilk demokratik dövlətin əsası qoyuldu. Bu uzun sürən bir mübarizənin məntiqi sonluğu - əsl qələbə idi!
Azərbaycan Xalq Cümhuriyyəti tezliklə demokratik islahatlara başladı. Azərbaycanın 3 rəngli bayrağı, gerbi, dövlət himni qəbul olundu.
Azərbaycan Respublikasının dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərara əsasən, Azərbaycan bayrağı qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi hazırlanmalı idi. Qırmızı rəng qanlar bahasına alınmış Azadlığın, Hürriyyətin anlamı idi. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi.
Azərbaycan Xalq Cümhuriyyəti Bakıda fəaliyyətə başlayandan az keçmədi ki, bayraq haqqında ikinci qərar qəbul edildi. 9 noyabr 1918-ci il tarixli “Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları” dəftərində Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi və qəbul olunmuş qərar qeyd olunub: “Qərara alındı - yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq - milli bayraq hesab edilsin”.
“Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”  Bu bayrağımızın rəngləri sadəcə rənglər deyil, həm də Azərbaycan xalqının inkişaf tarixidir. Bir millət olaraq özünü tanıma tarixidir”.

    Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cumhuriyyətinin qərarı ilə qəbul edilib. Sovet hakimiyyəti dövründə bayraqdan imtina edilib. Daha sonra üç rəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxıb və bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.
     Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Dəyərlər olaraq bütün sevimli oxucularımızı bu münasibətlə təbrik edirik və şəhid qanı ilə yoğrulmuş bu nurani Bayrağımızın hər zaman ucalmasını Rəbbimizdən diləyirik.




суббота, 24 октября 2015 г.

Heydər ƏLİYEV

Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bu günkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz.

Böyük siyasəti kiçik hissələrə, xırda mənfətlərə bağlamaq olmaz...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Azadlıq və istiqlaliyyət hər xalqın milli sərvətidir...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Heç kim əbədi qalib ola bilməz...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Ədalətsizliklə ədaləti bərpa etmək olmaz...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Öz ana dilini bilməyən adamlar şikəst adamlardır...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması daimi, əbədi olması bundan da çətindir...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Həqiqəti gizlətmək, həqiqəti basdırmaq olmaz...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Yüksək mədəniyyətə malik olan xalq, irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir...

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları

Müstəqillik yolu qədər çətin yol yoxdur...



воскресенье, 18 октября 2015 г.

Azərbaycanın Dövlət Müstəqilliyi günü- 18 Oktyabr

18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir, lakin qeyri-iş günü sayılmır.