| 
 
TƏHSIL
PROBLEMLƏRI İNSTITUTU NÖVBƏTI UĞURA IMZA ATIB 
 | 
      Noyabrın 
      17-də Azərbaycan Respublikası Təhsil Problemləri 
      İnstitutunda  Milli Dirçəliş Gününə həsr olunmuş tədbir 
      keçirilib. 
      
      TPİ-də məhz  bayram günündə Azərbaycan Respublikasının 
      müəllimlərinin bir araya gəlməsinin əsas səbəbi 
      avqust-oktyabr aylarında respublikada ilk olaraq "Elektron 
      məktəb üçün elektron müəllim" təlim kursunun müdavimləri 
      ilə görüş idi. Görüşdə kursu bitirmiş müdavimlərə 
      sertifikatlar təqdim olunub. Tədbirdə  institutun 
      direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov 
      iştirakçıları Milli Dirçəliş Günü münasibətilə təbrik 
      edib. Qeyd edib ki,  təməli ulu öndər Heydər Əliyev 
      tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev 
      tərəfindən uğurla davam etdirilən təhsil siyasətində 
      informasiya-kommunikasiya texnologiyalarının tədrisdə 
      tətbiqi xüsusi istiqamət təşkil edir. Təsadüfi deyil ki,  
      Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 
      oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 
      Respublikasında təhsilin inkişafı üzrə Dövlət 
      Strategiyası"nda da olan informasiya-kommunikasiya 
      texnologiyalarından tədrisdə  istifadə məsələsinə geniş 
      yer verilib. Natiq söyləyib ki, İKT-nin təhsildə 
      tətbiqinin  gücləndirilməsinə daha çox diqqət yetirən 
      bir çox ölkələr kimi Azərbaycanda da bu istiqamət üzrə  
      mühüm işlər görülür.  Artıq təcrübədə özünü doğrultmuş 
      həmkarların öyrənmə və öyrətmə  potensiallarını təhsildə 
      birləşdirərək peşəkar inkişafa yönəltməklə təhsilə 
      dəstək olan Təhsil Problemləri İnstitutu növbəti dəfə 
      uğurlu bir layihəyə imza atıb. İnstitutda ilk dəfə 
      olaraq məsafədən (distant) olaraq  "Elektron məktəb üçün 
      elektron müəllim" təlim kursları keçirilib.
      Qulu Novruzov  təhsilverənlərin təhsilalanların 
      maraqlarına uyğun olaraq  tədrisi daha maraqlı etməsi 
      üçün elektron dərs resurslarının hazırlanması və 
      internetdə milli resursların sayının artırılması 
      zərurətindən irəli gələn bu kursun məqsədəuyğun olduğunu 
      vurğulayıb. Bildirib ki,  "Azərbaycan Respublikasında 
      təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın  yeni 
      kurikulumlara və informasiya-kommunikasiya 
      texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun 
      metodiki vəsaitlərin, didaktik materialların və təlim 
      vasitələrinin hazırlanmasını stimullaşdıran yeni 
      mexanizmlərin yaradılması müddəti əsas götürülərək 
      TPİ-də uyğun kurslara start verilib.  
      "Elektron məktəb üçün elektron müəllim" təlimi 
      Azərbaycanın əməkdar müəllimi, beynəlxalq dərəcəli 
      təlimçi Almaz Həsrət tərəfindən keçirilib. Kursun 3 günü 
      auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə, 
      digər günlər isə məsafədən (distant) olaraq 1 ay 
      müddətində keçirilib. Elektron təhsilə keçidlə əlaqədar 
      olaraq kurs zamanı  müəllimlərə mühazirə, təqdimat, 
      müzakirə, workshop, debat və  Veb texnologiyalarından 
      istifadə kimi  təlim formatlarından istifadə olunub. 
      
      Kursa Azərbaycanın şəhər və rayonlarından 60-dan çox 
      təhsil işçisi qatılıb.  Müzakirələr olub, keçirilən 
      kursla bağlı maraqlı fikirlər səsləndirilib. 
      Sonda institutun direktoru Qulu Novruzov kursun 
      müdavimlərini bir daha təbrik edərək onlara 
      sertifikatları təqdim edib. 
      Görüşdə ARTPİ-nin direktor müavini, pedaqoji elmlər üzrə 
      fəlsəfə doktoru Ənvər Abbasov, şöbə müdiri İlham Cavadov, 
      Təlim Texnologiyaları Mərkəzinin direktoru Muxtar 
      Həsənov  və  Azərbaycanın bölgələrini təmsil edən 60-dan 
      çox müəllim iştirak edib.   
      
      Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

Комментариев нет:
Отправить комментарий