воскресенье, 26 октября 2014 г.

Nitqi kamilləşdirən bir neçə üsul

Öz fikirlərimizi düzgün formada necə ifadə edə bilərik .Gözəl qorulan nitqi daim sona qədər dinləmək xoşdur. Amma xoşa gəlməz sözlərlə və ifadələrlə olan nitqi duyduqda qulaqları bağlayıb ordan qaçmaq istənir. Yüksək intellektə malik olan bir çox insan, habelə maraqlı şəxsiyyətlər bununla belə öz fikirlərini, hisləri və emosiyalarını sözlərlə ifadə edə bilmirlər.  Amma, yaxşı qurulmuş nitq və danışıq tərzi təbiətdən gələn hədiyyə deyil,  onu daim işlətmək və məşq keçmək lazımdır.  Hətta əgər siz peşəkar natiq olmaq istəmirsinizsə belə sizə bu bacarıqlar mane olmayacaq. Beləliklə sizə sizin nitqini kamilləşdirəcək bir neçə üsulu təqdim edirik.
1) Müxtəlif sahələrdə ədəbiyyat oxuyun: qəzetlər, jurnallar. Yaxşı variantlardan biri bizim yerli klassiklərimizdən oxumaq olar. Tələsmədən oxumaq lazımdır və hər təklifin, cümlənin üstündə düşünmək gərəkdir. Bu sizə təkliflərə sözləri düzgün tikməyi öyrənmək imkanı verəcək və sizin söz ehtiyatınızı artıracaq.
2) Öz nitqinizdən parazit sözləri çıxarmağa (istisna etməyə) çalışın: "yaxşı (amma)", "ümumiyyətlə", "necə olursa olsun", "yaxşı (amma) bu" və s. kimi sözləri çalışın işlətməyin. Danışıqda güclü emosiyalar ifadə etməməyə çalışın. Sadə frazalardan istifadə edin.
3) Nitqin tempini mütləq izləmək lazımdır. Monoton nitq sıxıntının ağılsız hissinə səbəb olur. Pauzaya dözün və müəyyən anlar emosiyalarla seçin.
4) Söhbət vaxtı müxtəlif metaforaları istifadə edin. Müqaisələr, məsəllər işlədin. Bu sizin nitqinizi əhəmiyyətli dərəcədə dirildəcək. Və əlbəttə ki, yumor. Zarafat eləmək münasibdirsə, lazımdır.
5) Öz nitqinizi məşq etdirmək üçün, ünsiyyət üçün geniş mühitə malik olmaq lazımdır. O olmadıqda isə radio və televizor uyğundur. Öz sevimli televiziya aparıcınızı yamsılamağa cəhd etmək olar: onun frazalarını təkrarlamaq, intonasiyaları köçürmək kimi şeylər.
6) Daha bir məzəli tapşırıq var. Hər hansı ev predmetini götürün, məsələn, tavanı və 5 dəqiqə ərzində yoxlayın ki, onun haqqında gözəl ədəbi dildə danışmağa cəhd edin. Əvvəlcə bu proses sizdə açıq çətinliklərə səbəb olacaq, amma təkrarladıqca sadələşəcək. Məşq müddətini tədricən artırın və mövzunu çətinləşdirin. 
Tədricən söz ehtiyatını dolduraraq və danışıqda bütün bu biliklərdən istifadə edərək, siz hiss edəcəksiniz ki, siz sözlərin üstündə hakimiyyəti əldə etdiniz və indi onlar sizə xidmət edirlər.
İnformasiyanı isə hər yerdən götürmək lazımdır: kitablardan, məqalələrdən, qəzetlərdən və s.
Sizdə belə məşqlərinizin bir neçə ay sonrası artıq danışıqda sizin fikirlərinizin ifadəsində problemlər olmayacaq. Siz yüngül və əlçatan dillə mürəkkəb hisslərin mahiyyətini də izah edə biləcəksiniz. (Wsemir.com)


Комментариев нет:

Отправить комментарий