1
 dekabr 2014-cü il tarixində Təhsil Problemləri İnstitutunun 
təşkilatçılığı ilə “Avropa” otelinin Bakı zalında “Təhsil prosesində 
uşaqlara şəxsiyyətyönümlü-hümanist yanaşmanın əsasları” mövzusunda 
Beynəlxalq Seminarın ilk günü öz işinə başladı.  Azərbaycanın şəhər və 
bölgələrindən gəlmiş 200-dən çox təhsil işçilərinin iştirakı ilə 
keçirilən seminarda institutun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu
 Novruzov xarici qonaqları və Beynəlxalq Seminar iştirakçılarını 
salamlayaraq, mövzunun əhəmiyyətindən danışıb.  Tədbirdə Beynəlxalq 
Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvili 
(Gürcüstan),  
"Valideyn qayğısı" Beynəlxalq ictimai 
hərəkatın sədri Klara Mansurova (Moskva), psixologiya üzrə fəlsəfə 
doktoru Ümuminsan dəyərləri institutunun filialının direktoru, 
Ümumrusiya pedaqoji cəmiyyətinin üzvü Valeriy Voşinin iştirak edirlər 
(Sankt-Peterburq).
4 gün ərzində keçiriləcək seminarı 
Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, yazıçı, Rusiya 
Təhsil Akademiyasının akademiki, psixologiya elmləri doktoru, professor 
Şalva Aleksandroviç Amonaşvili aparacaqdır.  
Seminara Azərbaycanın 200-dən çox şəhər 
və bölgədən olan orta və ali məktəb müəllimləri,  direktorları,  gənc 
alimlər,  bağça müdirləri,  tərbiyəçilər və bir çox təhsil 
müəssisələrində çalışanlar qatılmışlar.
Комментариев нет:
Отправить комментарий