"Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır." Heydər Əliyev
İNCƏSƏNƏT GİMNAZİYASININ ibtidai sinif müəllimi ƏZİMZADƏ YAQUTUN metodik bloqu
вторник, 31 марта 2015 г.
понедельник, 30 марта 2015 г.
31 Mart Azərbaycanlıların Soyqırımı günüdür
1813 və
1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan
xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoyub. Azərbaycan
xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlanıb.
Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan
torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirilib. Soyqırım Azərbaycan
torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrilib.
1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il d kimi dövlət səviyyəsində qeyd edilir.

среда, 18 марта 2015 г.
YURDUMA BAHAR GƏLİR!
Od ürəkli, od nəfəsli diyarımsan,
Ocağına canım qurban, Azərbaycan!
Əzilsən də əyilməyən vüqarımsan,
Bu çağına canım qurban, Azərbaycan!
Savaşlardan alnıaçıq çıxan zaman
Tatixinə bağışladın neçə qurban ,
Hər qonşuda bir parçası əsir olan
Torpağına canım qurban ,Azərbaycan!
Neçə gizli sərvət yatır qucağında
Neçə ölkə od aparır ocağından ,
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban, Azərbaycan!
Yurdumuza bahar gəlir - allı-güllü, yaşıl örpəkli bahar. Qədimdən üzü
bəri insanlar yazın gəlişini səbirsizliklə gözləyiblər. Yazda təbiətin
yaşıl örtüyə bürünməsi, ağacların yarpaqlaması, meyvə ağaclarının
çiçəklənməsi, yaşıllıqlar arasında müxtəlif rəngli və xoş ətirli
çiçəklərin boy göstərməsi əsrlərdən bəri insanlara əsrarəngiz təsir
bağışlayıb.
Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə təxminən saat 02:45 radələrində baş verəcəkdir.
Yaşıl çəmənlikdə qönçələr
gülür,
Evlərdə bəzəkli xonçalar
gülür,
Hər yanda tonqallar göyə yüksəlir,
Noğullu qoğallı bir bayram gəlir
Yurduma novruz gəlir
Novruz sənin qədəmlərin əsirlərdən
başlayıb,
Hər vaxt sənin gəlişini mərd
babalar xoşlayıb.
Göyərtdiyin çəməninlə yerə bəzək
olmusan,
"Novruz"
fars sözü olub, "yeni gün" deməkdir. Novruz bayramının mənşəyi qədimdir.
İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti
bu ölkələrin və xalqlarının İslama zidd olan adət-ənənələrə, bayramlara müsəlmanlığı
qəbul edənlər tərəfindən riayət edilməsinin əleyhinə olmuşdur. Müxtəlif təriqətlərin,
xüsusən də şiə təriqətinin nümayəndələri bu bayramı təbii və tarixi köklərindən
ayırmağa, ona "islami don" geyindirməyə cəhd göstərmişlər. Hətta bəzi
mövhumatçılar belə bir fərziyyə uydurmuşdular ki, Novruz bayramı guya IV xəlifə
Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki Əli ibn əbu-Talib
iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Xalqın bayramla
əlaqədar keçirdiyi mərasimlər İslam dininə aid heç bir ehkamla bağlı deyildir, əksinə
İslamda qadağan olunan bir sıra ayinləri - odu müqəddəs saymağı, səməni
qoymaqla bolluq olacağına etiqad etməyi, qulaq falı, su falı kimi adətləri,
qapı pusmağı və s. ehtiva edir. Novruz bayramanının əsaslarının Zərdüştilik və
ya Atəşpərəstliklə bağlı olduğu bu bayramda indiyədək qalmış aiynlərdə, xüsusən
də odun müqəddəs sayıldığı əhkamlarda açıq-aydın görünür. Azərbaycanda adətə
görə Novruz bayramında göyərdilən səməni
yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan
kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq
arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal
qalamaqla, mahnı ("gün çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə
olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl
mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
Подписаться на:
Сообщения (Atom)