Şagirdin
 sağlamlıq və dayanıqlıq, düşünmə, tədris materiallarını mənimsəməsi 
nəzərə alınacaq. Yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə, 
xarici dili öyrənmə, nitq və təfəkkürə malik olması təhsili vaxtından 
əvvəl bitirməsinə əsas verəcək. 
 Təhsil naziri Mikayıl Cabbarov Heydər 
Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında
 təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması 
mərasimində çıxışında deyib ki, ölkənin bir sıra məktəblərində bu ilin 
sentyabr ayından yuxarı siniflərdə təmayülləşmənin tətbiqi 
planlaşdırılır. Onun sözlərinə görə, onlarla Azərbaycan məktəbində bu 
tətbiq ediləcək: “Hazırda hazırlıq işləri görülür. Bu, istedadlı 
gənclərə keyfiyyətli təhsilin çatdırılmasında zəruri amildir”.
Təhsil naziri əlavə edib ki, Bakının 2 
məktəbində ilk dəfə olaraq inklüziv təhsilin  tətbiqinə başlanacaq. O 
bildirib ki, bu gün 10 minlərlə fiziki qüsurlara malik olan uşaq 
təhsildən kənardadır: “Bu ildən Təhsil Nazirliyi tərəfindən atılan addım
 ona yönəlib ki, bütün belə uşaqlar gələcəkdə inklüziv təhsillə  əhatə 
olunsun və dövlət başçısı tərəfindən verilən tapşırıqlara uyğun olaraq 
vətəndaşların hər birinin təhsil hüququ təmin edilsin”.
 M.Cabbarov qeyd edib ki, bu ildən I 
siniflərə şagirdlərinin qəbulu elektron formada həyata keçirilir. Onun 
fikrincə, bu  da mühüm yeniliklərdən biridir: “Bu il başa çatan, lakin 
gələcək üçün əhəmiyyətli olan layihə “2007-2015-ci illərdə Azərbaycan 
gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı” da xüsusi əhəmiyyətə 
malikdir. Bu dövlət proqramı çərçivəsində 3 184 nəfər xaricdə təhsil 
almaq üçün dünyanın müxtəlif ölkələrinə göndərilib. 2015-ci ildə bu 
proqramın son ilidir. ”Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf 
Konsepsiyası”na uyğun olaraq yeni proqram layihəsi hazırlanaraq hökumətə
 təqdim edilib. Yeni proqramda bakalavriatdan sonrakı təhsil pilləsinə 
üstünlük veriləcək. Bundan əlavə, proqram Azərbaycan gənclərinin xarici 
ali məktəblərə göndərməklə yanaşı xarici mütəxəssislərin də ölkəyə 
gətirilməsini özündə ehtiva edir”.
        
Комментариев нет:
Отправить комментарий