Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Dünyanın əksər
ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və
yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Onların
böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunub.Həkimlərin
fikrincə, uşaqların arasında xəstəliklərin əsas səbəblərindən biri
onların erkən yaşlardan işə gəlb edilməsidir. Azərbaycanda əsasən paytaxt küçələrində, gül satan, ayaqqabı boyayan, maşın şüşəsi silən uşaqlara da rast gəlinir.
Azərbaycanda uşaqların vəziyyəti ilə
bağlı əsas problemlərdən biri də uşaq alveridir. Artıq bunun qarşısının
alınması, kökünün kəsilməsi və cinayətkarların cəzalandırılması
istiqamətində müəyyən tədbirlər görülür. Son illər uşaqların
valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı halların
artması da həyəcan yaradan hallardandır. Digər vacib problem
internatlardan uşaqların ailələrə verilməsidir. Hazırda ölkədə 50-yə
qədər internat məktəbi fəaliyyət göstərir.

Комментариев нет:
Отправить комментарий