Mükəmməl təhsil sisteminə malik olmaq
dövlətin gələcəyi və müstəqilliyinin mühüm şərtidir. Respublikamızda
həyata keçirilən təhsil islahatının məqsədi təlim prosesinin səmərəliliyini
təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi
düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. Bu isə ilk növbədə səriştəli
müəllim kadralarının hazirliğinı tələb edir. Belə kadr bacarıqlı,
işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını və şərəfini müqəddəs
tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar,
sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirən səriştəli, peşəkar
müəllimdir. Bütün tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət
adamları müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi
cəmiyyətin ən şərəfli peşəsi hesab etmişlər. Müqəddəs dinimizin
banisi Məhəmməd Peyğəmbər özünü müəllim adlandırmış, “Xəmsə” müəllifi Nizami
Gəncəvi müəllimi günəşə bənzətmiş, “Məsnəvi” müəllifi Mövlana Cəlaləddin Rumi
müəllimi yanar şama, “Divan” müəllifi dahi Füzuli müəllimi gənc qəlbin
memarına bənzətmiş, Nəsirəddin Tusi müəllimi elmin çırağı adlandırmış,
Məhəmməd Tağı Sidqi müəllimi dadlı meyvələr yetişdirən bağbana,
bənzətmişdir. Hüseyn Cavid müəllimlik peşəsinə nəzərən demişdir:
Bəxtiyarsan əgər çəkdiyin əmək
Versə cahan süfrəsinə bir çiçək.
Üzeyir Hacıbəyov bir
məqaləsində yazıb: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir
vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib,
uşaqları ona tapşırmaq böyük xətadır. Tərbiyə işində cüzi bir səhlənkarlıq
uşağın gələcəyini pozub, evini yıxar”.
Ulu öndərimiz Heydər Əliyev hələ 1980 -ci illərdə ali məktəb işçilərinin
respublika müşavirəsindəki nitqində yeni bir pedaqoji anlayış kimi səriştəli
müəllim problemini irəli sürür və belə müəllim kadrlarının yetişdirilməsini
tələb edirdi. O müəllimin peşəkarlıq səviyyəsinə, səriştəliliyinə
yüksək qiymət verir və səriştəli müəllim obrazının keyfiyyətlərini belə
göstərirdi: "…hər bir ali məktəb müəllimi gərək öz sahəsində səriştəli
olsun, geniş ümumi məlumata, pedaqoji qabiliyyət və yaxşı vərdişlərə, mühazirə
oxumaq, dərs demək, öyrətmək, tərbiyə etmək üçün bütün başqa zəruri keyfiyyətlərə
malik olsun. Bunun üçün gərək hər bir ali məktəb müəllimi elmi biliklərdən
əlavə, yaxşı nitq, dil qabiliyyətinə, natiqlik məharətinə, bütün başqa pedaqoji
keyfiyyətlərə və vərdişlərə yiyələnsin ki, bütün bunlar üst-üstə ona həqiqətən
yaxşı tərbiyəçi olmaq imkanı versin"
Səriştəli müəllim modelinin məzmunu ulu
öndərimizin bu müdrik fikirlərində öz əksini aydın şəkildə
tapmışdır.
Ulu öndər Heydər Əliyevin və onun siyasi
məktəbinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl dövlət siyasəti nəticəsində
təhsil sahəsində aparılacaq islahatların vahid konsepsiyası, aydın strategiyası
və konkret dövlət proqramı hazırlandı,"Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)",
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil
sahəsində mühüm addımlar atıldı. Təhsilin normativ-hüquqi bazası
möhkəmləndirildi, infrastrukturun dövrün tələbləri səviyyəsində qurulması
istiqamətində praktik işlər görüldü, 2700-dən çox məktəb binası tikildi,
yararsız təhsil obyektləri əsaslı təmir olundu, ümumi təhsilin məzmunu
yeniləşdirildi, yeni dərslik siyasəti reallaşdırıldı, təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsinin yeni modeli tətbiq edildi, təhsil
müəssisələrinin böyük əksəriyyəti informasiya-kommunikasiya texnologiyaları ilə
təmin edildi, təhsil sisteminin informasiyalaşdırılması, xaricdə təhsil və
beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində uğurlu addımlar
atıldı. Məktəblərin infrastrukturunun yeniləşdirilməsində Heydər Əliyev
Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri
oldu. Bununla yanaşı, sürətlə modernləşən respublikamızda təhsilin insan
kapitalının inkişafı çağırışlarına cavab verməsi üçün yeni, daha səmərəli və
təsirli addımların atılmasına ehtiyac yarandı. Həmin ehtiyacların
ödənilməsi, ölkədə insan kapitalının davamlı inkişafı üçün şəraitin
yaradılması, mövcud infrastrukturun təkmilləşdirilməsi, müasir düşüncəyə, yeni
təhsil-tərbiyə texnologiyasına, əxlaqi-mənəvi saflığa, yüksək peşə
və ixtisas hazırlığına malik pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr
hazırlığının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq
edildi. . Bu mühüm dövlət sənədində deyilir: “...təhsilin
məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların,
səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları
praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O,
şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə
çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa
daha effektli xidmət göstərir”. Rеspubliкаmızdа aparılan təhsil islahatları,
Bolonya təhsil prosesinə və kredit sisteminə keçid, təhsilimizdə baş verən
yeniliklər və təhsilimizin dünya standartlarına uyğunlaşması, xüsusilə аli
pеdаqоji təhsilin ardıcıl olaraq təкmilləşdirilməsi yüksək ixtisaslı müəllim
каdrlаrının hаzırlığınа, məktəbdə təlim və tərbiyə işlərinin təşkilinə yеni
qaydalarla yаnаşmаğı tələb еdir.
Bu gün Аzərbаycаn Rеspubliкаsının ümumtəhsil
və ali məкtəbləri qаrşısındа sоn dərəcə böyüк, şərəfli vəzifələr durur. Müasir
gənclərimizə Аzərbаycаn mənəviyyatı, Azərbaycan mentaliteti, dili və
ədəbiyyаtı, Аzərbаycаn tаriхi, Аzərbаycаn cоğrаfiyаsı, incəsənəti, habelə
zəngin maddi və mənəvi sərvətlərimiz bаrəsində dərin və hərtərəfli biliкlər
vеrilməli, yetişən gənc nəsildə yüksək mədəniyyət, mənəviyyat, vətənpərvərlik
hissləri fоrmаlаşdırılmаlıdır. Ulu öndərimiz, xalqımızın ümummilli lidеri
Heydər Əliyеv məhz bu məsələlər barəsində dəfələrlə çox dəyərli fikirlər
söyləmiş və təhsilimizin qarşısında böyük vəzifələr qoymuşdur. Bu gün səriştəli
müəllim hazırlığı Azərbaycan müəllimliyinin qarşısında duran ən mühüm
problemdir.
Комментариев нет:
Отправить комментарий