вторник, 24 февраля 2015 г.

18.02.2015, 09:52
“Heydər Əliyev və dünya siyasəti” mövzusunda elmi konfrans keçiriləcək
30 aprel 2015-ci il tarixdə Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə “Heydər Əliyev və dünya siyasəti” mövzusunda elmi konfrans keçiriləcək.
AMEA Humanitar və İctimai Elmlər Bölməsi və Dünya Siyasəti İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə mövzu üzrə akademik araşdırmalar aparan şəxslər məruzə ilə çıxış edəcəklər.
Konfransda iştirak etmək istəyənlər 10 mart 2015-ci il tarixədək məruzə tezislərini cwpi@mail.ru elektron ünvanına göndərə bilərlər.
Məruzə tezislərinin tərtib olunma qaydaları:
- Mətnlər Word-A4 formatında 1 səhifə həcmində olmalı, Times New Roman, 12 şrift, 1 intervalla, soldan 3 sm., yuxarı və aşağı 2 sm., sağ 1 sm., abzaslar 1.25 sm. parametrlərinə uyğun yazılmalıdır.
Göndərilən tezislər alimlərin daxil olduğu heyət tərəfindən konfransın mövzusuna və qoyulan tələblərə uyğunluğu, elmi aktuallığı və orijinallığı baxımından dəyərləndiriləcək və müəlliflər 20 mart tarixinə qədər məlumatlandırılacaqlar. Qəbul edilən məruzələrin son təqdimetmə tarixi 10 apreldir.
Məruzələrin mətninin hazırlanmasına qoyulan tələblər:
- Mətnlər Word-A4 formatında 8-12 səhifə həcmində olmalıdır;
- Times New Roman, 12 şrift, 1 intervalla, soldan 3 sm., yuxarı və aşağı 2 sm., sağ 1 sm., abzaslar 1.25 sm. parametrlərinə uyğun yazılmalıdır.;
- Birinci səhifədə yuxarıda sağda qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;
- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məqalənin adı böyük qara hərflərlə yazılmalıdır;
- Məqalənin adından sonra Azərbaycan dilində qısa xülasə, ingilis və rus dillərində açar sözlər yazılmalıdır;
- Məruzələr giriş, əsas mətn və nəticə strukturuna uyğun olmalıdır;
- Nəticədən sonra ingilis və rus dilində qısa xülasə verilməli, xülasələrdə məruzənin adı da qeyd edilməlidir;
- İstifadə edilən mənbələr “İstifadə edilən ədəbiyyat” başlığı altında əlifba sırası ilə verilməli və mətndə ona uyğun olaraq kodlaşdırılmalıdır;
- Rəsmlər, tablolar və qrafiklər olarsa, ayrı-ayrı nömrələnməli və altında qısa izahat verilməlidir. Məruzə ilə uyğunluğu olmayan rəsm və tablolara yer verilməməlidir.

Təşkilat Komitəsi:
AMEA Dünya Siyasəti İnstitutu, Bakı ş., H.Cavid pr. 31, IVmərtəbə
Tel: (+994 55) 5284472
E-mail: cwpi@mail.ru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

суббота, 21 февраля 2015 г.

Beynəlxalq Ana Dili Günü

Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib

Anspress-in məlumatına görə, Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

Bu günün yaranma tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub.

Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər.

YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

среда, 11 февраля 2015 г.

Birinci sinifə qəbulda - YENİLİK


Azərbaycanın orta təhsil müəssislərində birinci siniflərə qəbul elektron formada aparılacaq
Trend xəbər verir ki, bu barədə Azərbaycan Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqovçərşənbə axşamı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda sistemin sınağı keçirilir: "Yeni sistem valideynlərin orta təhsil müəssislərinə müraciətləri zamanı üzləşdikləri problemləri aradan qaldırmağa imkan verəcək".

Birinci siniflərə müraciətlərin elektron qəbulu sisteminin Bakı şəhərinin məktəblərində tətbiqi nəzərdə tutulur.

Daha ətraflı: http://www.atvxeber.az/news/social/14960-birinci-sinife-qebulda#.VNpZW_J6f71.facebook
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.

пятница, 6 февраля 2015 г.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov



Mübariz İbrahimov 1988-ci il 7 fevral-Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Təsdiq edilməmiş versiyalara görə 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
Rəsmi məlumatda Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına həlak olduğu göstərilmişdir. Atası Ağakərim İbrahimovun dediklərindən: "Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar..."
Son məktubu
"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".



понедельник, 2 февраля 2015 г.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi


Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün “Təməl” təqaüd proqramı təklif edir.
Müsabiqə əsasında seçiləcək müəllimlər “Təməl” təqaüd proqramı çərçivəsində yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqlar. 16 həftəlik təlim kursunda iştirakçılar yaş fiziologiyası və psixologiyası, ibtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri, pedaqoji ustalıq praktikumu və İKT savadlılığı mövzularında yeni yanaşmalarla tanış olacaqlar.
Təlim keçənlər yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş iştirakçılara sertifikat və təlim resursları təqdim olunacaq.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini “Təməl” Təqaüd proqramında iştirak etməyə dəvət edir.
(http://edu.gov.az/view.php?lang=az&menu=228&id=10007)

суббота, 17 января 2015 г.

Qanli “20 YANVAR”

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.