среда, 18 марта 2015 г.

YURDUMA BAHAR GƏLİR!







Od ürəkli, od  nəfəsli diyarımsan,
Ocağına canım qurban, Azərbaycan!
Əzilsən də əyilməyən vüqarımsan,
Bu çağına canım qurban, Azərbaycan!
Savaşlardan alnıaçıq çıxan zaman
Tatixinə bağışladın neçə qurban ,
Hər qonşuda bir parçası əsir olan
Torpağına canım qurban ,Azərbaycan!
Neçə gizli sərvət yatır qucağında
Neçə ölkə od aparır ocağından ,
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban, Azərbaycan!
   
         Yurdumuza bahar gəlir - allı-güllü, yaşıl örpəkli bahar. Qədimdən üzü bəri insanlar yazın gəlişini səbirsizliklə gözləyiblər. Yazda təbiətin yaşıl örtüyə bürünməsi, ağacların yarpaqlaması, meyvə ağaclarının çiçəklənməsi, yaşıllıqlar arasında müxtəlif rəngli və xoş ətirli çiçəklərin boy göstərməsi əsrlərdən bəri insanlara əsrarəngiz təsir bağışlayıb.

 Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə təxminən saat 02:45 radələrində baş verəcəkdir.



Yaşıl çəmənlikdə qönçələr gülür,
Evlərdə bəzəkli xonçalar gülür,
Hər yanda tonqallar göyə yüksəlir,
Noğullu qoğallı bir bayram gəlir
Yurduma novruz gəlir
Novruz sənin qədəmlərin əsirlərdən başlayıb,
Hər vaxt sənin gəlişini mərd babalar xoşlayıb.
Göyərtdiyin çəməninlə yerə bəzək olmusan,
 Xonçan ilə səməninlə gözəl-göyçək olmusan!
"Novruz" fars sözü olub, "yeni gün" deməkdir. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin və xalqlarının İslama zidd olan adət-ənənələrə, bayramlara müsəlmanlığı qəbul edənlər tərəfindən riayət edilməsinin əleyhinə olmuşdur. Müxtəlif təriqətlərin, xüsusən də şiə təriqətinin nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa, ona "islami don" geyindirməyə cəhd göstərmişlər. Hətta bəzi mövhumatçılar belə bir fərziyyə uydurmuşdular ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki Əli ibn əbu-Talib iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər İslam dininə aid heç bir ehkamla bağlı deyildir, əksinə İslamda qadağan olunan bir sıra ayinləri - odu müqəddəs saymağı, səməni qoymaqla bolluq olacağına etiqad etməyi, qulaq falı, su falı kimi adətləri, qapı pusmağı və s. ehtiva edir. Novruz bayramanının əsaslarının Zərdüştilik və ya Atəşpərəstliklə bağlı olduğu bu bayramda indiyədək qalmış aiynlərdə, xüsusən də odun müqəddəs sayıldığı əhkamlarda açıq-aydın görünür. Azərbaycanda  adətə görə Novruz bayramında göyərdilən  səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("gün çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.


вторник, 17 марта 2015 г.

Təhsil Problemləri İnstitutunda öyrədici seminar

16-3-2015 // saat: 20:41 
 













Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda doktorant və dissertantlar üçün öyrədici seminar təşkil olunmuşdur. Seminarda Təhsil Problemləri İnstitutunun doktorant və dissertantları iştirak etmişlər. Məruzəçi Təhsil Problemləri İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri, Pedaqogika və Psixologiya elmləri üzrə Elmi Şuranın sədri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov olmuşdur.
Seminarı giriş sözü ilə institutun direktor müavini Ənvər Abbasov açmışdır. O, çıxış edərək tədqiqat işi aparmağın xüsusiyyətlərindən danışmış, bu işin məsuliyyətindən bəhs etmişdir.
Daha sonra professor İntiqam Cəbrayılov “Dissertasiyanın strukturunun müəyyənləşdirilməsi və ona verilən tələblər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi dissertasiya işinin strukturu, xüsusiyyətləri, yazılma qaydaları ilə gənc tədqiqatçıları tanış etmiş, tədqiqat işini həyata keçirməyin və uğurlu nəticəyə nail olmağın yolları haqqında onları məlumatlandırmışdır. Məruzə zamanı iştirakçılar onları maraqlandıran suallarla məruzəçiyə müraciət etmiş və ətraflı məlumat almışlar.
Olduqca səmərəli olan seminar öyrədici xarakter daşımaqla, doktorant və dissertantları maraqlandıran məsələlərə aydınlıq gətirmişdir.
 









понедельник, 16 марта 2015 г.

Təhsil İdarəsi valideynlərə müraciət etd

16 Mart 2015 - 14:26   
Martın 15-dən etibarən  valideynlər (və ya qanuni nümayəndə) Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri ilə yanaşı? elektron sistem vasitəsilə qəbulu müsabiqə əsasında aparılan müəssisələr, lisey və gimnaziyalara da müraciət edə bilirlər.

Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.

Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdir.

Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı  www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara almışdır.

Valideynlər aşağıda adları qeyd edilən lisey və gimnaziyalara elektron müraciət edə bilərlər:

1.     “Ankara məktəbi” məktəb lisey
2.     BSU Məktəb Lisey Kompleksi
3.     Bülbül adına orta ixtisas musiqi məktəbi
4.     Bakı Avropa  liseyi
5.     Heydər Əliyev adına lisey
6.     T.İsmayılov adına 6 nömrəli məktəb-lisey
7.     İ.Hacıyeva adına “Tərəqqi” liseyi
8.     132-134 nömrəli təhsil kompleksi
9.     İ.Əfəndiyev adına Elitar Gimnaziya
10.“Zəngi” liseyi
11. Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət gimnaziyası
12. Humanitar Fənlər təmayüllü məktəb-lisey
13. 23 nömrəli tam orta məktəb
14. 287 nömrəli Zəkalar liseyi
15. 291 nömrəli Ekologiya liseyi
16. 160 nömrəli Klassik Gimnaziya