среда, 6 мая 2015 г.

Şagirdlər məktəbi vaxtından əvvəl bitirə biləcəklər.

Şagirdlər məktəbi vaxtından əvvəl bitirə biləcəkTəhsil naziri Mikayıl Cabbarov “İbtidai, orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları”nın təsdiqi haqqında əmr verib. Qaydalar ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil ediləcək.
Şagirdin sağlamlıq və dayanıqlıq, düşünmə, tədris materiallarını mənimsəməsi nəzərə alınacaq. Yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə, xarici dili öyrənmə, nitq və təfəkkürə malik olması təhsili vaxtından əvvəl bitirməsinə əsas verəcək. 

 Təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışında deyib ki, ölkənin bir sıra məktəblərində bu ilin sentyabr ayından yuxarı siniflərdə təmayülləşmənin tətbiqi planlaşdırılır. Onun sözlərinə görə, onlarla Azərbaycan məktəbində bu tətbiq ediləcək: “Hazırda hazırlıq işləri görülür. Bu, istedadlı gənclərə keyfiyyətli təhsilin çatdırılmasında zəruri amildir”.

Təhsil naziri əlavə edib ki, Bakının 2 məktəbində ilk dəfə olaraq inklüziv təhsilin  tətbiqinə başlanacaq. O bildirib ki, bu gün 10 minlərlə fiziki qüsurlara malik olan uşaq təhsildən kənardadır: “Bu ildən Təhsil Nazirliyi tərəfindən atılan addım ona yönəlib ki, bütün belə uşaqlar gələcəkdə inklüziv təhsillə  əhatə olunsun və dövlət başçısı tərəfindən verilən tapşırıqlara uyğun olaraq vətəndaşların hər birinin təhsil hüququ təmin edilsin”.

 M.Cabbarov qeyd edib ki, bu ildən I siniflərə şagirdlərinin qəbulu elektron formada həyata keçirilir. Onun fikrincə, bu  da mühüm yeniliklərdən biridir: “Bu il başa çatan, lakin gələcək üçün əhəmiyyətli olan layihə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı” da xüsusi əhəmiyyətə malikdir. Bu dövlət proqramı çərçivəsində 3 184 nəfər xaricdə təhsil almaq üçün dünyanın müxtəlif ölkələrinə göndərilib. 2015-ci ildə bu proqramın son ilidir. ”Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”na uyğun olaraq yeni proqram layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Yeni proqramda bakalavriatdan sonrakı təhsil pilləsinə üstünlük veriləcək. Bundan əlavə, proqram Azərbaycan gənclərinin xarici ali məktəblərə göndərməklə yanaşı xarici mütəxəssislərin də ölkəyə gətirilməsini özündə ehtiva edir”.

пятница, 24 апреля 2015 г.

Türkiyə Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd edir



Bu gün səhər Çanaqqala şəhərinin Cümhuriyyət Meydanında keçirilən ilk mərasimdə müdafiə naziri İsmət Yılmaz Çanaqqala savaşlarının qəhrəmanı, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi önünə çələng qoyub. Daha sonra 21 dəfə top atəşi açılıb, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub.
Mərasimlər silsiləsi 19 mart stadionunda davam edəcək.
Qeyd edək ki, Çanaqqala savaşı I Dünya müharibəsi zamanı 1915-1916-cı illərdə Osmanlı İmperiyası ilə Antanta bloku üzrə müttəfiqlər arasında dənizdə və quruda baş verib. Müttəfiqlər Osmanlı İmperiyasını paytaxtı İstanbulu ələ keçirərək İstanbul və Çanaqqala (Bosfor və Dardanel) boğazlarını nəzarət altına almağı qarşılarına məqsəd qoyublar. Mübarizə 1915-ci ilin yanvar-fevral aylarında taktiki gedişlərlə şiddətlənincə ingilislər Aralıq dənizi səfəri ordusunu, Osmanlının İttihad və Tərəqqi hökuməti isə alman komandan van Sandersin komandanlığında 5-ci ordunu qurmuşdu. Alman generalın ləng addımlarına qarşı çıxan 57-ci alay komandanı, polkovnik Mustafa Kamal təşəbbüsü öz üzərinə alaraq düşmənin 15 min nəfərlik ordusuna qarşı 5 min əsgərlə savaşa girmişdi. Əsgərlərinə “Sizə ölməyi əmr edirəm!” - deyən polkovnik Mustafa Kamal onların cəbhədən geri çəkilməsini əngəlləyərək süngüylə vuruşmağa təşviq etmişdi.
İlk qələbənin qazanılmasından sonra Anafartalar qrupunun komandanlığına gətirilən Mustafa Kamal işğalçı orduların Gelibolu yarımadasından tamamilə təmizlənməsi üçün 259 gün mübarizə aparmışdı. Tarixin gedişatının dəyişdirməsi baxımından Çanaqqala savaşlarında türklərin qələbəsi XX əsrin ən böyük hadisəsi sayılır. Çanaqqala savaşı həm də Mustafa Kamal kimi hərbi və siyasi bir dühanı tarix səhnəsinə çıxaran olay kimi tarixə keçib. 1919-cu ilin mayında vətən torpaqlarının azad edilməsi üçün İstiqlal savaşını başladan Mustafa Kamal, işğalçıları ölkədən çıxarandan sonra 23 iyul 1923-cü ildə İsveçrənin Lozan şəhərində imzalanan sazişlə ölkəsinin qələbəsini təmin edərək 29 oktyabrda Türkiyə Cümhuriyyətini elan edib.
Türkiyə Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd edir |  görsel 1 Türkiyənin tanınmış televiziya jurnalisti, TRT kanalının Bakıdakı keçmiş təmsilçisi, Marmara Universitetinin müəllimi Əbdülhəmid Avşar 1912-ci ildəki Balkan savaşlarından başlayaraq Çanaqqala savaşı və İstiqlal savaşına Azərbaycandan göndərilən yardımlar və savaşda iştirak edən azərbaycanlı əsgərlər və həmçinin Azərbaycanın müstəqilliyinə Osmanlı tərəfindən verilən dəstək barədə üç hissəli sənədli film hazırlayıb. Çanaqqalada yatan Azərbaycan şəhidlərinin məzarları son 10 ildə Azərbaycan dövlətinin də dəstəyi ilə bərpa edilib.

вторник, 31 марта 2015 г.

MÜDRİK KƏLAMLAR

 Hakimiyyətə sahib olan dost – itirilmiş dostdur.
 Həyatda bir dosta sahib olmaq çoxdur, iki dosta sahib olmaq lap çoxdur.
 Üç dosta sahib olmaq isə yəqin ki, mümkün deyil.
        Henri Bruks Adams
Gənc   nəslin    azərbaycan    bayrağina ,
gerbinə  və  himninə   hörmət    ruhunda
tərbiyə    edilməsi    məktəbin   əsas  vəzifəsidir.
 Heydər Əliyev
Mən dünyada müəllimlikdən uca ad tanımıram
 Heydər Əliyev

Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. 

Heydər Əliyev


Azərbaycanın müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır"
Heydər Əliyev

 Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə  töhfə verən amildir
İlham Əliyev  

  




понедельник, 30 марта 2015 г.

31 Mart Azərbaycanlıların Soyqırımı günüdür



1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoyub. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlanıb. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirilib. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrilib.

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.


    Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.


Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.

Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il
d kimi dövlət səviyyəsində qeyd edilir.