суббота, 18 октября 2014 г.

İNKİŞAFETDİRİCİ KURSLARA DƏVƏT

                                                                                   Təhsil  Problemləri  İnstitutunun
                 Təhsil Texnologiyaları Mərkəzi                  
2014/2015-ci  tədris ili üçün

İNKİŞAFETDİRİCİ  KURSLARA
QƏBUL ELAN EDİR


Kurslara qəbul seçim əsasında aparılacaq.

-V-VII sinif şagirdləri üçün (yeni fənn proqramları əsasında);
-VIII-X sinif şagirdləri üçün (baza təhsili);

Hər fənn 3 dəfə  olmaqla həftədə 6 gün dərs aparılır. Dərslər peşəkar müəllimlər tərəfindən aparılır. Mənimsəmə səviyyəsini müəyyən etmək üçün ayda bir dəfə test sınaq imtahanları keçiriləcək. Uğur qazananlara güzəştlər nəzərdə tutulur. Aylıq testin nəticələri üzrə 1-ci yer tutan həmin ay ödənişdən 100%, 2-ci yer tutan 50%,  3-cü yer tutan 30% azaddır.  Ödənişlər fənn sayına görə aşağıdakı kimi aparılır:

              -  Bir fənn üzrə kursa gələn üçün ödəniş 60 AZN;
              -   İki fənn üzrə kursa gələn üçün ödəniş 50 AZN;
               - Üç və daha çox fənn üzrə kursa gələn üçün ödəniş 40 AZN;

Qeyd: Qruplar ən azı 8 nəfərdən ibarət səviyyəyə görə təşkil edilir, fərdi yanaşma da nəzərdə tutulur.

    -  Kompüter kurslarına  hazırlıq (Aparat və proqram təminatı, Office proqram paketi, Qrafika proqramları: Corel Draw, Adobe Photoshop CS6, 3 ölçülü qrafika - 3DS max 2014, 1C);

Kursların müddəti: 

             -  Aparat və proqram təminatı - 2 ay (aylıq ödəniş 50 AZN);
                   -  Office proqram paketi – 3 ay (aylıq ödəniş 60 AZN);
                  -  Corel Draw, Adobe Photoshop CS6 -3 ay (aylıq ödəniş 70 AZN);
                   -  Dizayn proqramları və  3DS max 2014 – 4 ay(aylıq ödəniş 100 AZN);

- Qeydiyyat 10 oktyabrdan başlanmışdır. Maraqlananlar A.Cəlilov küçəsi-86 ünvanına müraciət edə bilərlər (MEGAFUN ailəvi istirahət mərkəzinin qarşısındakı bina I mərtəbə (Təhsil Texnologiyaları Mərkəzi).

Əlavə məlumat üçün Əlaqə telefonları: 490-27-21, mob: 055-875-52-03

Milli Müstəqillik Gününüz mübarək!

Bu gün - oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunur. XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

пятница, 17 октября 2014 г.

Nazir: “Təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi istiqamətində müəyyən işlər həyata keçirilir”

Qısa müddət ərzində bu istiqamətdə də yeni layihələr elan olunacaq. Hazırda ali təhsil sahəsində Dünya Bankı ilə birgə yeni layihənin müzakirəsi həyata keçirilir. Təhsilin keyfiyyətinə nəzarət gücləndirilməlidir və bu istiqamətdə artıq müəyyən işlər həyata keçirilir”.
Xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, Boloniya prosesinə uyğun olaraq dərs yükünün optimallaşdırılması gələcəkdə də davam etdiriləcək. Təhsil naziri orta ixtisas təhsilində tətbiq olunan yeniliklər barədə danışarkən yeni kolleclərin yaradıldığını deyib. M.Cabbarov qeyd edib ki, bu sahədə təhsilin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Nazir onu da deyib ki, Boloniya sistemində nəzərdə tutulan elementlərin orta ixtisas təhsili sistemində də tətbiqinə başlanılıb.

Avropa və Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti haqqında videoçarx


“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu seminar keçirəcək Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun həyata keçirdiyi “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar Hörmətli həmkarlar! 1-4 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları" mövzusunda seminar ( dörd günlük təlim proqramı, ödənişli) keçirir. Rusiya Təhsil Akademiyasının akademiki Psixologiya elmləri doktoru, professor Şalva Aleksandroviç Amonaşvilinin müəllif seminarının proqramı Beynəlxalq Humanist Pedaqogika mərkəzinin prezidenti, yazıçı, psixoloq “Basti-Bubu” uşaq bağçasının elmi rəhbəri Amonaşvili Paata Şalvoviçin iştirakı ilə. Qeydiyyat 2014-cü il oktyabr ayının 13-dən başlayır.  Ödəniş noyabr ayının 15-nə kimidir. Ödənişi etdikdən sonra seminarda və konfransda iştirakçı kimi qeydiyyata alınırsınız. Ünvan: TPİ-nun əsas binası, Zərifə Əliyeva küçəsi 9, Abşeron otelinin arxası, 3 nömrəli xəstəxananın yanı (28 may metrosundan 95, 1 nömrəli avtobusla gəlmək olur) 16-cı otaq4902721 0558755203 Facebook səhifəmiz: Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun həyata keçirdiyi “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar Bakı şəhəri, “Avropa” oteli, “Bakı” zalı
Dekabrın 1-i saat 2-də, qalan günləri isə saat 10:00-da başlayacaq


суббота, 4 октября 2014 г.

Qurban bayramı

Əziz müəllimlər qurbanınız qoyun, niyətiniz qəbul olsun, səadət dolu günləriniz olsun, bayramınız mübarək olsun.

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.
"Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər" kimi münasibətlər göstərilir. Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: "Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir".
Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".