"Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır." Heydər Əliyev
İNCƏSƏNƏT GİMNAZİYASININ ibtidai sinif müəllimi ƏZİMZADƏ YAQUTUN metodik bloqu
среда, 13 мая 2015 г.
четверг, 7 мая 2015 г.
10 May 2015-ci il ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.
Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.
Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.
среда, 6 мая 2015 г.
Şagirdlər məktəbi vaxtından əvvəl bitirə biləcəklər.
Şagirdin
sağlamlıq və dayanıqlıq, düşünmə, tədris materiallarını mənimsəməsi
nəzərə alınacaq. Yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə,
xarici dili öyrənmə, nitq və təfəkkürə malik olması təhsili vaxtından
əvvəl bitirməsinə əsas verəcək.
Təhsil naziri Mikayıl Cabbarov Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında
təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması
mərasimində çıxışında deyib ki, ölkənin bir sıra məktəblərində bu ilin
sentyabr ayından yuxarı siniflərdə təmayülləşmənin tətbiqi
planlaşdırılır. Onun sözlərinə görə, onlarla Azərbaycan məktəbində bu
tətbiq ediləcək: “Hazırda hazırlıq işləri görülür. Bu, istedadlı
gənclərə keyfiyyətli təhsilin çatdırılmasında zəruri amildir”.
Təhsil naziri əlavə edib ki, Bakının 2
məktəbində ilk dəfə olaraq inklüziv təhsilin tətbiqinə başlanacaq. O
bildirib ki, bu gün 10 minlərlə fiziki qüsurlara malik olan uşaq
təhsildən kənardadır: “Bu ildən Təhsil Nazirliyi tərəfindən atılan addım
ona yönəlib ki, bütün belə uşaqlar gələcəkdə inklüziv təhsillə əhatə
olunsun və dövlət başçısı tərəfindən verilən tapşırıqlara uyğun olaraq
vətəndaşların hər birinin təhsil hüququ təmin edilsin”.
M.Cabbarov qeyd edib ki, bu ildən I
siniflərə şagirdlərinin qəbulu elektron formada həyata keçirilir. Onun
fikrincə, bu da mühüm yeniliklərdən biridir: “Bu il başa çatan, lakin
gələcək üçün əhəmiyyətli olan layihə “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı” da xüsusi əhəmiyyətə
malikdir. Bu dövlət proqramı çərçivəsində 3 184 nəfər xaricdə təhsil
almaq üçün dünyanın müxtəlif ölkələrinə göndərilib. 2015-ci ildə bu
proqramın son ilidir. ”Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf
Konsepsiyası”na uyğun olaraq yeni proqram layihəsi hazırlanaraq hökumətə
təqdim edilib. Yeni proqramda bakalavriatdan sonrakı təhsil pilləsinə
üstünlük veriləcək. Bundan əlavə, proqram Azərbaycan gənclərinin xarici
ali məktəblərə göndərməklə yanaşı xarici mütəxəssislərin də ölkəyə
gətirilməsini özündə ehtiva edir”.
пятница, 24 апреля 2015 г.
Türkiyə Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd edir
Mərasimlər silsiləsi 19 mart stadionunda davam edəcək.
Qeyd edək ki, Çanaqqala savaşı I Dünya müharibəsi zamanı 1915-1916-cı illərdə Osmanlı İmperiyası ilə Antanta bloku üzrə müttəfiqlər arasında dənizdə və quruda baş verib. Müttəfiqlər Osmanlı İmperiyasını paytaxtı İstanbulu ələ keçirərək İstanbul və Çanaqqala (Bosfor və Dardanel) boğazlarını nəzarət altına almağı qarşılarına məqsəd qoyublar. Mübarizə 1915-ci ilin yanvar-fevral aylarında taktiki gedişlərlə şiddətlənincə ingilislər Aralıq dənizi səfəri ordusunu, Osmanlının İttihad və Tərəqqi hökuməti isə alman komandan van Sandersin komandanlığında 5-ci ordunu qurmuşdu. Alman generalın ləng addımlarına qarşı çıxan 57-ci alay komandanı, polkovnik Mustafa Kamal təşəbbüsü öz üzərinə alaraq düşmənin 15 min nəfərlik ordusuna qarşı 5 min əsgərlə savaşa girmişdi. Əsgərlərinə “Sizə ölməyi əmr edirəm!” - deyən polkovnik Mustafa Kamal onların cəbhədən geri çəkilməsini əngəlləyərək süngüylə vuruşmağa təşviq etmişdi. İlk qələbənin qazanılmasından sonra Anafartalar qrupunun komandanlığına gətirilən Mustafa Kamal işğalçı orduların Gelibolu yarımadasından tamamilə təmizlənməsi üçün 259 gün mübarizə aparmışdı. Tarixin gedişatının dəyişdirməsi baxımından Çanaqqala savaşlarında türklərin qələbəsi XX əsrin ən böyük hadisəsi sayılır. Çanaqqala savaşı həm də Mustafa Kamal kimi hərbi və siyasi bir dühanı tarix səhnəsinə çıxaran olay kimi tarixə keçib. 1919-cu ilin mayında vətən torpaqlarının azad edilməsi üçün İstiqlal savaşını başladan Mustafa Kamal, işğalçıları ölkədən çıxarandan sonra 23 iyul 1923-cü ildə İsveçrənin Lozan şəhərində imzalanan sazişlə ölkəsinin qələbəsini təmin edərək 29 oktyabrda Türkiyə Cümhuriyyətini elan edib.
воскресенье, 19 апреля 2015 г.
пятница, 10 апреля 2015 г.
Подписаться на:
Сообщения (Atom)
.jpg)

