"Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır." Heydər Əliyev
İNCƏSƏNƏT GİMNAZİYASININ ibtidai sinif müəllimi ƏZİMZADƏ YAQUTUN metodik bloqu
понедельник, 18 сентября 2017 г.
среда, 12 июля 2017 г.
Səriştəli müəllim
Mükəmməl təhsil sisteminə malik olmaq
dövlətin gələcəyi və müstəqilliyinin mühüm şərtidir. Respublikamızda
həyata keçirilən təhsil islahatının məqsədi təlim prosesinin səmərəliliyini
təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi
düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. Bu isə ilk növbədə səriştəli
müəllim kadralarının hazirliğinı tələb edir. Belə kadr bacarıqlı,
işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını və şərəfini müqəddəs
tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar,
sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirən səriştəli, peşəkar
müəllimdir. Bütün tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət
adamları müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi
cəmiyyətin ən şərəfli peşəsi hesab etmişlər. Müqəddəs dinimizin
banisi Məhəmməd Peyğəmbər özünü müəllim adlandırmış, “Xəmsə” müəllifi Nizami
Gəncəvi müəllimi günəşə bənzətmiş, “Məsnəvi” müəllifi Mövlana Cəlaləddin Rumi
müəllimi yanar şama, “Divan” müəllifi dahi Füzuli müəllimi gənc qəlbin
memarına bənzətmiş, Nəsirəddin Tusi müəllimi elmin çırağı adlandırmış,
Məhəmməd Tağı Sidqi müəllimi dadlı meyvələr yetişdirən bağbana,
bənzətmişdir. Hüseyn Cavid müəllimlik peşəsinə nəzərən demişdir:
Bəxtiyarsan əgər çəkdiyin əmək
Versə cahan süfrəsinə bir çiçək.
Üzeyir Hacıbəyov bir
məqaləsində yazıb: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir
vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib,
uşaqları ona tapşırmaq böyük xətadır. Tərbiyə işində cüzi bir səhlənkarlıq
uşağın gələcəyini pozub, evini yıxar”.
Ulu öndərimiz Heydər Əliyev hələ 1980 -ci illərdə ali məktəb işçilərinin
respublika müşavirəsindəki nitqində yeni bir pedaqoji anlayış kimi səriştəli
müəllim problemini irəli sürür və belə müəllim kadrlarının yetişdirilməsini
tələb edirdi. O müəllimin peşəkarlıq səviyyəsinə, səriştəliliyinə
yüksək qiymət verir və səriştəli müəllim obrazının keyfiyyətlərini belə
göstərirdi: "…hər bir ali məktəb müəllimi gərək öz sahəsində səriştəli
olsun, geniş ümumi məlumata, pedaqoji qabiliyyət və yaxşı vərdişlərə, mühazirə
oxumaq, dərs demək, öyrətmək, tərbiyə etmək üçün bütün başqa zəruri keyfiyyətlərə
malik olsun. Bunun üçün gərək hər bir ali məktəb müəllimi elmi biliklərdən
əlavə, yaxşı nitq, dil qabiliyyətinə, natiqlik məharətinə, bütün başqa pedaqoji
keyfiyyətlərə və vərdişlərə yiyələnsin ki, bütün bunlar üst-üstə ona həqiqətən
yaxşı tərbiyəçi olmaq imkanı versin"
Səriştəli müəllim modelinin məzmunu ulu
öndərimizin bu müdrik fikirlərində öz əksini aydın şəkildə
tapmışdır.
Ulu öndər Heydər Əliyevin və onun siyasi
məktəbinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl dövlət siyasəti nəticəsində
təhsil sahəsində aparılacaq islahatların vahid konsepsiyası, aydın strategiyası
və konkret dövlət proqramı hazırlandı,"Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)",
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil
sahəsində mühüm addımlar atıldı. Təhsilin normativ-hüquqi bazası
möhkəmləndirildi, infrastrukturun dövrün tələbləri səviyyəsində qurulması
istiqamətində praktik işlər görüldü, 2700-dən çox məktəb binası tikildi,
yararsız təhsil obyektləri əsaslı təmir olundu, ümumi təhsilin məzmunu
yeniləşdirildi, yeni dərslik siyasəti reallaşdırıldı, təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsinin yeni modeli tətbiq edildi, təhsil
müəssisələrinin böyük əksəriyyəti informasiya-kommunikasiya texnologiyaları ilə
təmin edildi, təhsil sisteminin informasiyalaşdırılması, xaricdə təhsil və
beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində uğurlu addımlar
atıldı. Məktəblərin infrastrukturunun yeniləşdirilməsində Heydər Əliyev
Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri
oldu. Bununla yanaşı, sürətlə modernləşən respublikamızda təhsilin insan
kapitalının inkişafı çağırışlarına cavab verməsi üçün yeni, daha səmərəli və
təsirli addımların atılmasına ehtiyac yarandı. Həmin ehtiyacların
ödənilməsi, ölkədə insan kapitalının davamlı inkişafı üçün şəraitin
yaradılması, mövcud infrastrukturun təkmilləşdirilməsi, müasir düşüncəyə, yeni
təhsil-tərbiyə texnologiyasına, əxlaqi-mənəvi saflığa, yüksək peşə
və ixtisas hazırlığına malik pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr
hazırlığının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq
edildi. . Bu mühüm dövlət sənədində deyilir: “...təhsilin
məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların,
səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları
praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O,
şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə
çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa
daha effektli xidmət göstərir”. Rеspubliкаmızdа aparılan təhsil islahatları,
Bolonya təhsil prosesinə və kredit sisteminə keçid, təhsilimizdə baş verən
yeniliklər və təhsilimizin dünya standartlarına uyğunlaşması, xüsusilə аli
pеdаqоji təhsilin ardıcıl olaraq təкmilləşdirilməsi yüksək ixtisaslı müəllim
каdrlаrının hаzırlığınа, məktəbdə təlim və tərbiyə işlərinin təşkilinə yеni
qaydalarla yаnаşmаğı tələb еdir.
Bu gün Аzərbаycаn Rеspubliкаsının ümumtəhsil
və ali məкtəbləri qаrşısındа sоn dərəcə böyüк, şərəfli vəzifələr durur. Müasir
gənclərimizə Аzərbаycаn mənəviyyatı, Azərbaycan mentaliteti, dili və
ədəbiyyаtı, Аzərbаycаn tаriхi, Аzərbаycаn cоğrаfiyаsı, incəsənəti, habelə
zəngin maddi və mənəvi sərvətlərimiz bаrəsində dərin və hərtərəfli biliкlər
vеrilməli, yetişən gənc nəsildə yüksək mədəniyyət, mənəviyyat, vətənpərvərlik
hissləri fоrmаlаşdırılmаlıdır. Ulu öndərimiz, xalqımızın ümummilli lidеri
Heydər Əliyеv məhz bu məsələlər barəsində dəfələrlə çox dəyərli fikirlər
söyləmiş və təhsilimizin qarşısında böyük vəzifələr qoymuşdur. Bu gün səriştəli
müəllim hazırlığı Azərbaycan müəllimliyinin qarşısında duran ən mühüm
problemdir.
вторник, 13 июня 2017 г.
15 iyun – Milli Qurtuluş günüdür!
1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən 15 iyun xalqımızın Milli Qurtuluş günüdür.
Bu şanlı tarix səhifəsini yaradan isə
yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna
rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan –
Heydər Əliyevdir.
1991-ci ilin oktyabr ayında Azərbaycan
yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq
niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi.
Vətənin bu ağır dövründə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş (1969-1982), daha
sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi
Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini,
1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev
Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun
Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Məhz buna görə də tariximizə Milli
Qurtuluş kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu
qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir.
Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq!
суббота, 27 мая 2017 г.
28 May - Respublika Günüdür
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Doxsan səkkiz il əvvəlki müstəqil Azərbaycanın taleyinə uzunömürlülük yazılmayıbmış. İlk cümhuriyyətimizin doğuluşu tarixin dolaşıq vaxtına düşmüşdü. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.
Lakin ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və
Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı.Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində xalqın həyatının bütün sahələrində baş verən dirçəliş müasir müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı müstəqil dövlət quruculuğunun bərpasına aparan yol öz başlanğıcını əslində 1969-cu ildən-dahi rəhbərin hakimiyyətə gəldiyi vaxtdan götürmüşdü.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Ölkə daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlanan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.
понедельник, 20 февраля 2017 г.
21 Fevral bütün dünyada “Beynəlxalq Ana Dili günü”dür
21 Fevral bütün dünyada “Beynəlxalq Ana Dili Günü” kimi qeyd olunur.
Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş
səfirinin təşəbbüsü ilə fevralın 21-ni “Beynəlxalq Ana Dili Günü” elan
edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral
1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq
keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4
nəfər şəhid olmuşdu. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin
şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi “Ana Dili Günü”
adlandırılması haqqında müraciət etmişdilər. YUNESKO-nun Baş
Konfransında 21 fevral “Beynəlxalq Ana Dili Günü” elan olunmuş və üzv
ölkələrə bildirilmişdi ki, həmin gün məktəblərdə, universitetlərdə Ana
dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar
keçirilsin.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən “Beynəlxalq Ana Dili Günü” hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, millətin simasını səciyyələndirən amillərdən biridir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. “Beynəlxalq Ana Dili Günü” hamını bu cinayətə qarşı birləşməyə səsləyir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.
Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs Ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən “Beynəlxalq Ana Dili Günü” hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, millətin simasını səciyyələndirən amillərdən biridir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. “Beynəlxalq Ana Dili Günü” hamını bu cinayətə qarşı birləşməyə səsləyir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.
Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs Ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.
среда, 16 ноября 2016 г.
Azərbaycanda şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi qaydaları açıqlanıb
“Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layihəsinə əsasən, şagird nailiyyətlərinin qiymətləndirilməsi şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla təhsilin inkişafına yönəldilir.
Bu qiymətləndirilmə şagirdlərin təhsilə münasibətləri, mövcud təlim göstəriciləri, müəllimlərin hazırlıq səviyyəsi, təhsil standartları və kurikulumların məqsədəuyğunluğu, tədris resursları ilə təminat, idarəetmənin səmərəliliyi barədə məlumatların toplanıb təhlil edilərək dəyərləndirilməsi, şagird və müəllimlərin fəaliyyətinin, təhsil proqramlarının icra vəziyyətinin müşahidə olunmasından və nailiyyətlərin qiymətləndirilməsini əks etdirən sənədlərin təhlilindən əldə edilmiş nəticələrə görə müvafiq qərarların qəbul olunmasını əhatə edir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə növlərini əhatə edir. Məktəbdaxili qiymətləndirmə 3 istiqamət üzrə aparılır: Şagird irəliləyişlərinin monitorinqi formativ və summativ qiymətləndirmə formalarında aparılır. Formativ qiymətləndirmə müəllimin davamlı müşahidələrinə əsaslanır və irəliləyişlərin səviyyəsi izlənilməklə qeydiyyata alınır, zəruri tədbirlər müəyyənləşdirilir. Summativ qiymətləndirmə kiçik (bəhs və bölmələr üzrə) və böyük (yarımilliklər üzrə) summativlər formasında tətbiq olunur. Kiçik summativ qiymətləndirmə müəllim, böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Kurikulum üzrə qiymətləndirmə şagirdlərin təlim nəticələrinin müvafiq standartlara uyğunluğunu müəyyən etmək məqsədi ilə aparılır.
Təhsil səviyyələri (ümumi orta və tam orta) üzrə yekun qiymətləndirmə mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları formasında keçirilir və məzunlara müvafiq təhsil sənədinin verilməsi ilə başa çatır. Milli qiymətləndirmə toplanmış məlumatlar əsasında keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədi ilə, bir qayda olaraq, 4-5 ildən bir təşkil olunur. Beynəlxalq qiymətləndirmə şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkara çıxarıb həlli yollarını müəyyənləşdirmək, digər ölkələrlə müqayisələr aparıb inkişaf perspekstivlərini proqnozlaşdırmaq üçün, bir qayda olaraq, 3 ildən bir keçirilir.
Подписаться на:
Сообщения (Atom)



