“Təhsil Nazirliyi gündəliklərin çapı ilə məşğul olmur”.
Bu sözləri Axar.az-a məktəb 
gündəliklərində reklam yerləşdirilməsi ilə bağlı göndərilən sorğuya 
cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.
 Nazirlik bu məsələni özəl qurumların həyata keçirdiyini qeyd edib: 
“Gündəliklərin çapı özəl nəşriyyatlar tərəfindən həyata keçirilir”.
Qeyd edək ki, məktəb gündəliklərinin 
içində reklam xarakterli məlumatlar yerləşdirilib. Gündəliklərin təkcə 
ön və arxa hissələrində deyil, dərs tapşırıqlarını qeyd etmək üçün 
nəzərdə tutulan cədvəllərin də arasında müxtəlif reklamlara rast gəlmək 
mümkündür.
Gündəliklərdə mobil operatorların təklif 
etdikləri tariflərdən tutmuş internet paketləri haqqında məlumatlar 
qədər, müxtəlif reklamlar yerləşdirilib.

Комментариев нет:
Отправить комментарий