Bilik
Fondunda Müəllim günü ilə bağlı “Azərbaycan müəllimi bu gün” mövzusunda
dəyirmi masa keçirilib. Fondun İnformasiya Təminatı sektorundan Publika.az-a verilən məlumata görə, tədbirdə paytaxtın bir sıra məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.
Fondun direktoru Oktay Səmədov qonaqları qarşıdan gələn Beynəlxalq
Müəllimlər Günü münasibəti ilə təbrik edib. Fondun maarifçiliklə bağlı
layihələrindən geniş bəhs edən icraçı direktor müəllimlərin bu
layihələrdə yaxından iştiraknın vacibliyini vurğulayıb.
Dəyirmi masada əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor, Təhsil Şurasının sədri Əjdər Ağayev çıxış edib. Müəllimlik peşəsinin müqəddəsliyindən danışan professor hər bir şagirdə fərdi yanaşmanın zəruriliyini və təlim-tərbiyə prosesinin fədakarlıq tələb etdiyini deyib. “Bir şagirdin qəlbini fəth etmək bir ölkə fəth etməkdən daha alidir”. Dəyirmi masada Qaradağ rayonu, 320 saylı orta məktəbin direktoru Namik Cəfərov, Xətai rayonu Heydər Əliyev adına liseyin direktoru Fikrət Xəlilov, Xəzər rayonu, Buzovna qəsəbə, 26 saylı orta məktəbin direktoru Natiq Səmədov, Binəqədi rayonu, R.Əliyev adına 3 saylı tam orta məktəbin direktoru Nizami Novruzov, Nəsimi rayonu, 46 saylı orta məktəbin direktoru Sevinc Budaqova, Səbail rayonu, 160 saylı Klassik Gimnaziyanın direktoru Faina Ələkbərova, Nizami rayonu, Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin direktoru Almaz Əsgərova, BSU-nun Məktəb lisey Kompleksinin direktor müavini Naibə Kərimli və kompleksin birinci sinif şagirdləri, Ali məktəblərin pedaqoji fakültələrinin tələbələri və Fondun əməkdaşları iştirak ediblər.
Dəyirmi masada təhsillə bağlı müzakirələr aparılıb. Əjdər Ağayev tələbələri maraqlandıran sualları cavablandırıb. İştirakçılar belə tədbirlərin davamlı keçirilməsinə ehtiyac olduğunu bildiriblər. Sonda birincilər müəllimlər üçün şeirlər səsləndiriblər.

Комментариев нет:
Отправить комментарий