Azərbaycan
Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra
məktəblərdə məktəbəqədər hazırlıq qrupları açılır. Bakı Şəhəri üzrə
Təhsil İdarəsindən FaktXəbər-ə verilən məlumata görə, oktyabrın 15-dən
mayın 25-dək davam edəcək, həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq
qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs
prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.
Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəqədər hazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə üstünlük verilib.
2015-ci il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqların təhsil ala biləcəyi məktəbəqədər hazırlıq qrupları ödənişli əsaslarla aparılacaq. Sonda hazırlıq qrupunu bitirən uşağa rəsmi sənəd – arayış veriləcək.
Müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında başlaya bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə qruplar təşkil oluna bilər. Qruplar təşkil olunduğu halda yanvar ayının 10-dan başlayaraq iyun ayının sonunadək davam edəcək.
Qeyd edək ki, hazırlıq qrupları 89 məktəbdə
(5, 7, 10, 16, 17, 22, 24, 29, 32, 35, 36, 42, 44, 45, 47, 48, 51, 53, 54, 56, 59, 60, 62, 67, 68, 70, 71, 87, 99, 102, 104, 108, 111, 112, 114, 117, 120, 121, 124, 126, 128, 129, 138, 142, 155, 156, 165, 168, 176, 181, 187, 188, 191, 193, 204, 210, 212, 220, 221, 226, 229, 230, 232, 233, 234, 240, 245, 250, 252, 255, 258, 263, 265, 270, 274, 276, 279, 281, 282, 290, 297, 305, 307, 316, 318, 320, 321, 322, 327 nömrəli məktəblər) fəaliyyət göstərəcəkdir.

Комментариев нет:
Отправить комментарий