Hörmətli həmkarlar! Əziz dostlar!
Azərbaycan
 Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə 
təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət 
Strategiyasıda təhsildə keyfiyyətə dair bir neçə mühüm məsələnin 
əhəmiyyəti qeyd edilmişdir:
- Ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması
 - Azərbaycan Respublikasında, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin yaradılması
 - Təhsilin keyfiyyətinin təminatı başlıca strateji prioritetə çevrilməsi
 
və həmçinin
- Kompetensiyalara əsaslanan keyfiyyət standartları və göstəriciləri, keyfiyyəti təmin edən sistemin, keyfiyyəti qiymətləndirən monitorinq sisteminin yaradılmasını təmin etməyə çağırmışdır.
 
            “Müasir
 Təhsil və Təlimə Yardım Mərkəzi” İB bu məqsədin həyata keçirilməsi 
istiqamətində öz töhfələrini vermək niyyəti ilə inklüziv təhsil üzrə 
tədqiqat aparmış və təhsil siyasəti sənədi hazırlamışdır.
Məlumat
 verək ki, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB  Erkən Yaş 
Dövrünün Təhsili üzrə ixtisaslaşmış Beynəlxalq Addım-Addım 
Assosiasiyanın təşkilatı üzvüdür (ISSA, International Step by Step Association, www.issa.nl).Mərkəzimiz
 İSSA ilə birgə Erkən Yaş Dövrünün təhsili sahəsində mövcud beynəlxalq 
təcrübəni Azərbaycan pedaqoji ictimaiyyətini ilə tanış etmək məqsədilə 
aşağıda göstərilən tədbirləri keçirməyi planlaşdırır:
- 2014-cü ilin 10 və 11 dekabr tarixlərində “21-ci əsrinpedaqogikasında keyfiyyət məsələləri: Nəzəriyyə və Təcrübə” adlı iki seminarın təşkil olunması planlaşdırılır. Seminarlarda İSSA tərəfindən hazırlanan məktəbəqədər (10 dekabr) və ibtidai təhsil sahəsində (11 dekabr) pedaqoqların peşəkar keyfiyyət standartları və prinsipləri, müəllimlərin peşəkar standartların yaradılmasına dair yanaşma, müəllimlərin təhsil müəssisəsi nəzdində peşakar dəstəyi və inkişafı modeli, təlim-tədris prosesinin keyfiyyətini təmin edən yanaşmaların təqdimatı, seminarların fəal interaktiv formada diskussiya və mübadilə. Seminarlarda məktəbəqədər və ibtidai təhsil sahəsində təhsil siyasəti üzrə ekspertlər, mütəxəssislər və pedaqoji institutların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur . Seminarlar Prof. Tatyana Vonta, Lyublyana Pedaqoji İnstitutunun baş tədqiqatçısı, Pedaqoji Təşəbbüslər üzrə Tədqiqat Mərkəzinin Rəhbəri (Sabaliauskiene, İnnovativ Təşəbbüslər Mərkəzinin rəhbəri (Litva) tərəfindən aparılacaqdır.
 
- 2014-cü ilin 12 dekabr tarixində “Məktəbəqədər təhsildə keyfiyyətə yönəlmiş mentorluq” adlı seminarın keçirilməsi. Seminarda məktəbəqədər təhsil sahəsində təhsil siyasəti üzrə ekspertlər, mütəxəssislər və pedaqoji institutların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur . Seminar Sanja Brajkoviç, Addım-Addım Açıq Akademiyanın Proqramlar üzrə direktoru (Xorvatiya) tərəfindən aparılacaqdır.
 
Təlimlərin gündəliyi             (10-11 dekabr 2014-cü il)
09:00 – 09:30             Salamlama və təlim məqsədlərinin təqdimatı
09:30 – 10:30              Erkən yaş dövrünün (məktəbəqədər və ibtidai təhsil) təhsilində keyfiyyət nə deməkdir?
10:30 – 11:00             Çay-kofe fasiləsi11:00 – 12:30 Erkən yaş dövrünün təhsilində keyfiyyət sisteminin komponentləri
12:30 – 13:30 Nahar
13:30 – 15:00 Beynəlxalq Addım-Addım Assosiasiyanın Keyfiyyət üzrə resursları
15:00 – 15:30 Çay-kofe fasiləsi
15:30 – 17:00 Müzakirələr
12 dekabr 2014-cü il tarixində keçiriləcək tədbirin gündəliyi bir həftə müddətində saytımızda yerləşdiriləcək.
Qısa icmal
“21-ci əsrinpedaqogikasında keyfiyyət məsələləri: Nəzəriyyə və Təcrübə” 
         
Məktəbəqədər və ibtidai təhsil sahələrində keyfiyyətin müəyyən olunması 
və tədqiqi pedaqoqlar və digər mütəxəssislər arasında peşəkar 
müzakirələr üçün bünövrədir. Keyfiyyətin hamı tərəfindən qəbul olunan 
aydın tərifi mövcud deyil. Beynəlxalq Addım-Addım Assosiasiyası 
keyfiyyət üzrə müzakirələrin aparılması üçün özünün Keyfiyyət 
Pedaqogikası və pedaqoqların peşəkar inkişafına dair digər əlaqəli 
resursları təklif edir. Təlim Litva və Sloveniya ekspertlərinin köməyi 
ilə peşəkarları keyfiyyətin tərifinin hazırlanması ətrafında 
tapşırıqlara və müzakirələrə cəlb edəcək. İştirakçılar İSSA tərəfindən 
hazırlanan müşahidə alətlərindən istifadə edərək müxtəlif sahələrdə 
keyfiyyətin spesifik göstəricilərini müzakirə edəcəklər. Təlimin əsas 
məqəsədi təlim təcrübəsinə refleksiya və onun müzakirəsi yolu ilə 
keyfiyyəti müəyyən etmək imkanlarını pedaqoqlara nümayiş etdirməkdir. 
Əlavə olaraq təlim keyfiyyətini artırmaq məqsədilə  peşəkar inkişaf 
imkanları müzakirə olunacaqdır. Təlim məktəbəqədər və ibtidai təhsil 
sahələrində təlim prosesini əks etdirən çoxsaylı videolarla müşayət 
olunacaqdır. 
 | 
Qeydlər
Dekabrın
 10-da məktəbəqədər təhsil sahəsində keyfiyyət məsələləri, dekabrın 
11-də isə ibtidai təhsil sahəsində keyfiyyət məsələləri üzrə təlim 
aparılacaqdır.
İştirakçılar sertifikatlarla təmin olunacaqdır.
Hər
 iki tədbirin təşkili ilə bağlı bütün xərclər (dəftərxana ləvazimatı, 
nahar və çay-kofe fasiləsi, tərcümə, paylayıcı materiallar) “Müasir 
Təhsil və Tədrisə Yardım Mərkəzi” İB tərəfindən ödəniləcəkdir.
Təşkilatçı: “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB (MTTYM)
Məkan: Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, II bina, akt zalı.  Afiyyəddin Cəlilov küçəsi, 22.
   Tarix: 10 və 11 dekabr 2014-cü il
   Zaman: 9:00-17:00, 13.00-14.00 nahar fasiləsi
Təlimdə
 iştirakçı qismində iştirak etmək üçün aşağıdakı məlumatları qeyd olunan
 elektron poçt ünvanına göndərməklə, yaxud müvafiq əlaqə nömrəsinə zəng 
etməklə qeydiyyatdan keçə bilərsiniz:
Ad və soyad:
İş yeri/ vəzifə:
yaxud
     Təhsil müəssisəsi/ ixtisas:
____________________________________________________________________________
Əlaqə:
Rəhim Məhərrəmov
Ofis köməkçisi
“Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB
Email: rmagerramov@cie.az
Tel: (+99412) 4986043 (daxili 11
  | 
Комментариев нет:
Отправить комментарий