Gürcüstan Beynəlxalq Humanist Pedaqogika
 Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvili, Moskvada fəaliyyət 
göstərən "Valideyn qayğısı" Beynəlxalq İctimai Hərəkatın sədri Klara 
Mansurova, Sankt-Peterburqdakı Ümuminsan Dəyərləri İnstitutunun filial 
direktou, Ümumrusiya Pedaqoji Cəmiyyətinin üzvü, psixologiya üzrə 
fəlsəfə doktoru Valeriy Voşin  iştirak ediblər. Təhsil  Problemləri 
İnstitutunun direktoru Qulu Novruzov və  Rusiya Təhsil Akademiyasının 
akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, 
 psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili Humanist 
Pedaqogika Mərkəzinin rəmzi açılışını bildirən qırmızı lenti kəsərək bu 
münasibətlə hamını təbrik ediblər. Tanınmış  alim Şalva Amonaşvilini və 
digər qonaqları Humanist Pedaqogika Mərkəzində yaradılmış şəraitlə 
yaxından tanış edən direktor  Qulu Novruzov ölkə başçısı cənab İlham 
Əliyevin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, 
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xosməramlı 
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi 
altında Fond tərəfindən təhsillə bağlı  həyata keçirilən irimiqyaslı 
tədbirlərdən, sosialyönümlü layihələrdən danışıb.
 Azərbaycanda ilk dəfə belə bir mərkəzin
 yaradıldığını deyən Qulu Novruzov burada bir sıra tədbirlərin 
keçiriləcəyini söyləyib. Mərkəzlə tanışlıqdan olduqca məmnun qalan 
qonaqlar burada olan metodik vəsaitlərə baxıblar. Professor Şalva 
 Amonaşvili bu mərkəzin yaradılmasını yüksək qiymətləndirərək müəllifi 
olduğu kitabları həmin  mərkəzə  hədiyyə edib.
Sonra Şalva  Amonaşvilinin və digər 
qonaqların institutun kollektivi  ilə görüşü keçirilib. Qulu Novruzov 
qonaqları rəhbərlik etdiyi institutda görməkdən məmnunluq hissi 
keçirdiyini söyləyərək onlara bu elmi-tədqiqat müəssisəsinin fəaliyyəti 
 haqqında ətraflı məlumat verib.  Professor Şalva Amonaşvilinin ideya 
müəllifi olduğu humanist pedaqogikanın əhəmiyyətindən danışan direktor, 
onun pedaqogika elminə əvəzsiz töhfələr verdiyini xüsusi vurğulayıb.
Görüşdə Şalva Amonaşvili onları belə 
səmimi qarşıladıqlarına görə özünün və qonaqların adından təşəkkür edib.
 Humanist pedaqogika ilə bağlı fikir və mülahizələrini azərbaycanlı 
həmkarları ilə bölüşən professor səmimi əməkdaşlığın bundan sonra da 
davamlı olacağına ümidvar olduğunu bildirib.
Çıxış edən digər qonaqlar da belə 
görüşlərin keçirilməsinin, alim və pedaqoqlarımızla, müəllimlərimizlə 
daha yaxından ünsiyyətdə olmalarını təqdirəlayiq hal olduğunu deyiblər. 
Комментариев нет:
Отправить комментарий