пятница, 12 декабря 2014 г.

Ulu Öndər Təhsil Problemləri İnstitutunda anıldı

 

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, toplantı iştirakçıları ilk öncə ayağa qalxaraq bir dəqiqəlik sükutla Ulu öndər Heydər Əliyevi yad ediblər. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə institutun direktoru Qulu Novruzov açıb. Natiq Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı uğurlu addımlardan bəhs edib. İnstitutun direktoru Ulu Öndərin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik bir şəxsiyyət olduğunu bir daha xüsusi olaraq vurğulayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən bütün sahələrdə olduğu kimi elm, təhsil və mədəniyyət sahələrinin inkişafında da göstərdiyi əvəzolunmaz xidmətlərindən və genişmiqyaslı dövlət quruculuq sahəsində gördüyü işlərdən danışıb. Çıxışında Azərbaycan xalqının həqiqətən də xoşbəxt xalq olduğunu vurğulayaraq bildirib ki, uğurla başlanan inkişaf proqramları və Ulu Öndərin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Təhsil Problemləri İnstitutunun digər əməkdaşları da Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü böyük və uğurlu fəaliyyətinə işıq salıblar. Çıxışçılar Ümumilli Lider Heydər Əliyev siyasətinin Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Tədbirdə TPİ-nin direktor müavinləri, elmi məsləhətçilər, şöbə müdirləri, professor- müəllim heyəti, institutun əməkdaşları, doktorant və dissertantlar iştirak ediblər.



Комментариев нет:

Отправить комментарий